Birləşmiş Krallıqda əksəriyyət yeni istehsalat təcrübəsi standartları, çox sayda işəgötürən üçün vergi və gənclər üçün yeni peşə dərəcələrinin təqdim olunması daxil olmaqla peşə təhsilində hərtərəfli dəyişikliklər müşahidə edilir. Peşəkar İxtisaslaşma və Standartlar Federasiyasının siyasət üzrə direktoru Ana Kavilla təşkilatının bütün maraqlı tərəflər üçün informasiya və təhlükəsizlik tədbirlərinin təmin edilməsinə necə kömək etdiyini izah edir.

Peşə təhsili və təlimi mühiti daim dəyişən mühitdir. Təlim təşkilatçıları və işəgötürənləri məşğul edən bir çox məsələ mövcuddur:

  • yeni istehsalat təcrübəsi standartları
  • işəgötürənlər üçün istehsalat təcrübəsi vergisinin təqdim edilməsi 
  • yeni ali təhsil dərəcələri ("T səviyyələri") 2019-cu ildə onlayn olacaq.

Ancaq əsaslardan bəziləri dəyişməyib - işəgötürənlərlə təlim təşkilatçıları arasındakı əlaqə qalmaqdadır. İşəgötürənlər üçün məsələ sadədir - onların adətən iki sualı olur:

  • Bu təlim mənim işçilərim üçün münasibdirmi? 
  • Baş verənləri necə izləyə bilərəm?

Ancaq təlim təşkilatçıları üçün bu suallara cavab vermək hər zaman mümkün və arzuolunan olmur.

İngiltərədə Peşəkar İxtisaslaşma Orqanları təkmilləşdirilmiş istehsalat təcrübəsi proqramının yaradılması, təşkil edilməsi və tətbiq edilməsi ilə sıx əlaqədardır. Onlar bir çox işəgötürən və təlim təşkilatçıları arasında rəsmi müzakirələrin baş tutması üçün əsas təmin edir. Onlar işəgötürən və təlim təşkilatçıları ilə yeni Novator Qrupları üzərində işləyir və yeni istehsalat təcrübəsi standartlarının, mümkün olduqca, Milli Məşğulluq Standartlarını əks etdirməsini təmin edir. Bu, işçilər üçün köçürülmə imkanını dəstəkləyir. Onlar birinci sualın cavablandırılmasına kömək edə bilər.

Daha böyük işəgötürənlər üçün istehsalat təcrübəsi vergisinin təqdim edilməsi və vergi ödəyicisi olmayanlardan 10 faiz birgə investisiya məbləğinin gözlənilməsi ilə işəgötürənlər tələbkar təlim istifadəçiləridir və eşidilmək istəyirlər. İşəgötürənlər artıq təkmilləşdirilmiş istehsalat təcrübəsi proqramı çərçivəsində həm təlimin, həm də qiymətləndirmənin fəal alıcılarıdır və bu, məsələni daha da mürəkkəbləşdirir.

Nəticədə tamamilə fərqli suallar meydana çıxır:

  1. Şagirdlərimi effektiv şəkildə qiymətləndirə biləcək ən yaxşı təşkilat hansıdır? 
  2. Onlar mənim seçdiyim təlim təşkilatçısı ilə işləyirmi? 
  3. Onlar hansı tezliklə qiymətləndirmə mərkəzləri işlədir və ya lokal səviyyədə qiymətləndirmə xidmətləri təklif edir?
  4. Onların mənim sahəmi anlayacaq səriştəli və ixtisaslı işçi heyətləri olduğunu necə bilə bilərəm?

Birləşmiş Krallıqda qurulmuş, ekspertlər üçün peşəkar qurum olan yeni peşəkar qurum - Ekspertlər Gildiyası təşkil edilib. Qurumun məqsədi bütün təlimlərin qiymətləndirmə və ekspertlərinin təlim iştirakçıları və işəgötürənlər tərəfindən gözlənilən yüksək standartlara uyğunlaşdırılmasını təmin etməkdən ibarətdir. O, Birləşmiş Krallıqda standarlaşdırma aparmaqla üzvlərinin işlərini icra etmək üçün səriştəli olmalarını təmin edən üzvlük qurumudur.

Təlimin nə haqqında olması ilə əlaqədar ikinci sual ACE360-dan istifadə etməklə cavablandırıla bilər. O, çox sayda informasiya mənbəyini əlaqələndirən və istifadəçidən asılı olaraq unikal baxışlar təqdim edən təhlükəsiz verilənlər bazasıdır. Odur ki, işəgötürən tədris kontentindən asılı olmayaraq şagirdinin inkişafını izləyə bilər.

İşəgötürənlərin effektiv iştirakı problemi ağır problem olaraq qalsa da, Peşəkar İxtisaslaşma və Standartlar Federasiyası (Peşəkar İxtisaslaşma Orqanları şəbəkəsi, Ekspertlər Gildiyası və ACE360 vasitəsilə) keyfiyyətli təlim və ciddi qiymətləndirmə təmin etmək məqsədilə bu dəyişiklik periodunda həm təlim təşkilatçılarına, həm də işəgötürənlərə kömək edə biləcəyinə inanır.

Əlaqəli linklar