Hesab edilir ki, bugünkü şagirdlərin 65 faizinin hazırda mövcud olmayan işlərlə məşğul olacaq. Bu isə o deməkdir ki, gənclərimizin gələcək iş aləmi üçün hazırlanması heç vaxt hazırkı vaxtdan daha çətin olmayıb. İxtisaslaşma və biliklər əhəmiyyətini qoruyub saxlasa da, bugünkü tələbələrdən özləri üçün gələcək formalaşdırmağa hazır olan yaradıcı və məsuliyyətli vətəndaşlara çevrilmələri tələb olunur. 

"British Council"ın yeni "XXI Əsrin Məktəbləri" ("21st Century Schools") proqramı bu hədəf çərçivəsində Qərbi Balkandakı məktəbləri dəstəkləmək üçün nəzərdə tutulub. Proqramın məqsədləri aşağıdakılardır: innovativ təhsil metodologiyası təqdim etmək, tələbələrə gələcək təhsil və karyeraları üçün ehtiyacları olan əsas rəqəmsal, problem həll etməyə istiqamətlənmiş və tənqidi düşünmə bacarıqlarını formalaşdırmaqda kömək etmək. Bütün Qərbi Balkan məktəbləri üçün açıq olmaq şərti ilə namizədlərin dəvət edilməsindən sonra proqram çərçivəsində birbaşa dəstək alacaq ilk məktəblər elan ediləcək.

Proqram çərçivəsində məktəblər necə dəstəklənəcək?

"XXI Əsrin Məktəbləri" proqramı çərçivəsində Serbiyanın Təhsil, Elm və Texnoloji İnkişaf Nazirliyi, eləcə də regiondakı digər müvafiq nazirliklərlə əməkdaşlıq şəraitində təlim, avadanlıq və materiallardan istifadə etmək imkanı təklif ediləcək, eyni zamanda Qərbi Balkan və Birləşmiş Krallıqda yerləşən məktəblər şəbəkəsinə giriş təmin ediləcək. Dəstək aşağıdakıları əhatə edəcək:

  • İdarəetmə və liderlik bacarıqlarını inkişaf etdirmək və mövcud milli təhsil planı üzrə rəqəmsal və əsas bacarıqlarını səmərəli şəkildə əlaqələndirmələrinə kömək etmək məqsədilə məktəb liderləri üçün təlim və dəstək. 
  • İki əsas modul üzrə müəllimlər üçün təlim və dəstək: rəqəmsal bilikləri təhsil planı ilə birləşdirməyə, eləcə də tədris, kommunikasiya və əməkdaşlıq üçün rəqəmsal vasitələrdən istifadə etməyə əsaslanan rəqəmsal bacarıqlar; və tələbələrin müstəqil düşünmə bacarıqlarını təkmilləşdirməyə, eləcə də yeni və innovativ ideyalar yaratmağı öyrənməyə əsaslanan tənqidi düşünmə və problem həll etmə. 
  • İKT dərslərində və başqa fənlər üzrə dərslərdə tələbələrə kompüter savadı və kodlaşdırma ilə əlaqədar başlanğıc səviyyəli bacarıqlar və əminlik aşılamaq üçün nəzərdə tutulmuş pulsuz "Micro:bit" sistemli, kodlaşdırıla bilən cib kompüterləri ("Micro: bit" Təhsil Fondu ilə əməkdaşlıq çərçivəsində) daxil olmaqla tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş resurslar; kodlaşdırma klublarının yaradılması və başladılması ilə, eləcə də beynəlxalq kodlaşdırma müsabiqə və təşəbbüslərinə qoşulmaqla əlaqədar resurslar; eyni zamanda British Council və başqa gələcək tərəfdaşların proqram və internet səhifələri kimi yeni məhsul və xidmətlərini sınaqdan keçirmək və yoxlamaq imkanı. 
  • Qərbi Balkanda yerləşən məktəblərlə təcrübə və qabaqcıl təcrübələrin paylaşılması şansı daxil olmaqla şəbəkələşmə imkanları; məktəblərarası kodlaşdırma klubları vasitəsilə başqa məktəblərlə əməkdaşlıq etmək şansı; milli və Qərbi Balkan üzrə siyasət müzakirələrinə töhfə vermək imkanı; Belqradda keçirilən illik "Təhsildə yeni texnologiyalar" tədbirinə dəvət.
  • 2018-ci ilin iyun ayında "Təhsildə yeni texnologiyalar" tədbirində "XXI Əsrin Məktəbləri" Mükafatına layiq görülmək şansı.

Proqram zamanı və proqramdan sonra uğur hekayələri paylaşılacaq və proqramın ilkin tədbir və qiymətləndirmədən sonrakı növbəti mərhələsinə daha çox məktəbin cəlb edilməsi üçün imkanlar olacaq.