Activate Learning qrupunun Həyat tərzi fakültəsindən olan Andy Slater kollec tələbələri və hər kəs üçün yaxşı işləyən peşəkar idman klubu arasında tərəfdaşlığı təsvir edir.

Həyat Tərzi fakültəsi ümumdünya əhatəsi olan Activate Learning adlı perspektivli təhsil qrupunun bir hissəsidir.  Qrup peşə və ali təhsil, məktəblər, şagirdlər və peşəkar təlimlərdən ibarətdir.

Həyat Tərzi fakultəsi İdman, Saç, Gözəllik, Media Makyajı və Qonaqpərvərlik və İaşə xidmətlərindən ibarət peşələr üzrə ixtisaslaşmalardan yaranmışdır. Bizim missiyamız biznesi işləməyə hazır talantlı şəxslərlə təmin etmək və öyrənmə fəlsəfəsi vasitəsilə həyatlarını dəyişməkdir.  

Müştərilərlə olan münasibətlərimiz uğurumuz üçün əsasdır. Əməkdaşlıq, iş təcrübəsi, peşəkar təlim və treyninq imkanları sayəsində müəssisələr Həyat Tərzi fakültəsi ilə işləməkdən çox faydalanmışdır.

Reading Rockets basketbol klubu ilə işləmək

Activate Learning qrupunun Həyat tərzi Fakültəsi  gənclərə məşqçi bacarıqlarını inkişaf etdirmək və  gələcək nəslin idman məşqçiləri olmaq imkanını vermək üçün Birləşmiş Krallıqdakı aparıcı peşəkar basketbol klublarından biri olan Reading Rockets ilə birgə işləmişdir.

Yüksək səviyyəli milli məşqçilərdən və cəmiyyətin fasilitatorlarından yüksək səviyyədə daxil etmələri öyrənən  Activate Learning grupunun tələbələri və  gələcəyin cavan məşqçiləri ilə əlaqə yarada bilən Reading Rockets ilə münasibətlər qarşılıqlı fayda vermişdir.

İdman Məşqlərinin  tələbələri Activate Learning qrupunun Fakültəsi tərəfindən təmin edilən  və düzgün atışları artıran klub mütəxəssislərindən birbaşa atışa dair təlim alırlar. Tərəfdaşlıq  çərçivəsində təşkilatlar yüksək səviyyəli akademik ciddilik və real bilikləri bir araya gətirərək ixtisasları qiymətləndirir və təqdim edir.

Birbaşa girişlə yanaşı, tələbələr klubun İctimai Proqramına yerləşdirilirlər, burada təcrübəli məşqçi heyətinin basketbol məşqi proqramlarını yerli icma qruplarına çatdırmaqda necə dəstəkləməyi öyrənirlər.

Nəticədə, tələbələr Milli İdarəetmə Qrumunun (NGB) Basketbal üzrə Məşqinin 1 səviyyəli ixtisasına yiyələnirlər.

Tələbələr və idman komandası üçün faydaları

Reading Rokets İctimai proqramların rəhbəri Steph Johnson deyib: Reading Kollecində  idman şagirdləri ilə tərəfdaşlığımız hər iki təşkilat üçün müsbət rol oynamışdır. Bu, kluba sinifdəki tələbələrlə yaxından işləmək və onlara  tapşırıqlarında köməklik göstərmək üçün yüksək səviyyəli idmançılarla əlaqə saxlamaq imkanı vermişdir. Həmçinin, bu bizə sinif otağı ilə iş dünyası arasındakı boşluğu aradan qaldırmağa şərait  yaratdı və tələbələrin idmanda "real" sənayenin nəyə bənzədiyini və onun tələbləri barədə məlumatlı olmalarına imkan verdi. İşimizdə qazandığımız bilikləri müxtəlif şəraitdə ötürə bilməmiz  həm iş yerlərinin nümunələrini sinifə gətirməmizə, həm də bu iş yerlərində iştirak etməyə imkan yaratmışdır.” 

Tələbələr iş  əldə etmək üçün vacib olan ünsiyyət bacarıqlarını və şəxsi keyfiyyətlərini təkmilləşdirərkən əla peşəkar normaları və xüsusiyyətləri nümayiş etdirirlər.

Əvvəlki altı tələbənin İcma Komandasındakı təlimlərinin bir hissəsi olaraq Reading Rokets Basketbol Klubunda işə başlaması tərəfdaşlığın uğurunu aydın şəkildə sübut edir.

Həm tələbə, həm də Reading Rokets üçün faydaları açıq şəkildə görünür və tələbələr üçün iş imkanın gələcəkdə də artırılması ümid edilir.

Əlaqəli linklar