Cənub Şərq Regional Kolleci (SERC) təcrübə keçənlərin bacarıqlarının və biliklərinin işəgötürənlərin ehtiyaclarını daha yüksək səviyyədə təmin etməsində səmərəli olmuşdur.

Cənub-Şərq Regional Kolleci (SERC) Şimali İrlandiyada peşəkar təlim sahəsində liderdir. Kollec Şimali İrlandiyanın Cənub-şərqində dörd əsas şəhərcikdə fəaliyyət göstərir və 950 mütəxəssis və ixtisaslaşmış kadra malikdir. Kollecdə əsasən 16-24 yaşı olan 800 şagird var. Məzunların əksəriyyəti  ikinci və üçüncü səviyyəli peşəkar təlimlər almışlar. Buna baxmayaraq, kollec eyni zamanda tələbələrin elmi dərəcəyə  qədər təhsil ala biləcəkləri yüksək səviyyəli peşəkar təlimlər də keçir.

Sənaye tələblərini təmin edən ixtisaslar  

SERC-in bütün peşəkar təlimləri  Şimali İrlandiya Regional Hökumətinin bir hissəsi olan İqtisadiyyat Departamenti (DfE) tərəfindən maliyyələşdirilir. Kollec 22 fərqli təlim sahəsini təklif edir, ən məşhurları isə mexaniki mühəndislik, avtomobil, santexnika, elektrik, quraşdırma və soyutma sahəsi üzrədir . Bu ənənəvi peşələr məşhur olmasına baxmayaraq, SERC son zamanlarda  əczaçılıq, hesablama, uşaq baxımı və mühasibatlıq sahələrində də  peşəkər təlimlər keçməyə başladı. Peşəkar təlimlər tam günlük təhsili davam etdirmək yerinə alternativ öyrənmə vasitələrini təmin edir.  Təcrübə keçənlər eyni zamanda işəgötürən üçün işləyərkən və maaş alarkən  öyrənməyə davam edirlər. 

SERC-in şagirdləri həftədə bir gün kollecdə, qalan günləri isə iş yerində keçirir. Bir şagird yaxşı nəticələrə nail olsa, adətən iki il ərzində peşəkar təlimləri tamamlaya bilər. 

Peşəkar müsabiqələrdə uğurlar

SERC-in şagirdləri bacarıqlarına olan inamını inkişaf etdirən bacarıq yarışlarında iştirak etməyə təşviq olunur. Ötən il Birmingham şəhərindəki WorldSkills sərgisində SERC şagirdləri soyuma, kərpic tikintisi, dülgərlik və quraşdırma sahəsində üç qızıl və bir gümüş medal qazandılar.  

SERC-nin iaşə xidməti üzrə şagirdlərindən olan Rachel Carson məşhur baş aşpaz Jean-Christophe Novellinin başçılıq etdiyi bir restoran üçün çalışır. 2018-ci ildə Hospitality Awards for Professionalism  universitetində ilin şagirdi adına layiq görüldü və 2018-ci ilin noyabr ayında Vyanada keçirilən Təlim Mükafatları üzrə Avropa İttifaqında finalist oldu. Jean-Christophe Novelli dedi: "Rachel inanılmaz istedadlı bir aşpazdır və onun sürətli uğuru özünü bu sənətə həsr etməyinin və sənayeyə olan həvəsinin, həmçinin kollecdə aldığı yüksək təhsil standartlarının sübutdur."

Yüksək səviyyəli peşəkar təlimlər

Yüksək səviyyəli təlim kursları SERC-nin kurslarına nümunəvi bir əlavədir. SERC-də uşaq baxımı, mexatronika, avtomobil idarəetmə və mühasibat daxil olmaqla, doqquz sahədə 200 qədər yüksək səviyyəli peşəkar təlimlər mövcuddur. Yüksək səviyyəli təlimlər  iş zamanı ali diplom və baza dərəcələri üçün təhsil almaq imkanı verir. Bir baza dərəcəsi  dərəcə kursunun birinci ilinin ekvivalentidir.

Şimali İrlandiyada peşəkar təlim üçün mühüm bir vaxtdır. DfE mövcud peşəkar təlimlərin məzmununu yenidən nəzərdən keçirmək və yenilərini inkişaf etdirmək üçün işəgötürənlər və təlim provayderləri ilə işləyir. Bu işə götürənləri lazımlı ixtisaslaşdırılmış işçilərlə təmin edəcək və Şimali İrlandiyanın iqtisadiyyatın inkişafını təmin edəcəkdir.

Əlaqəli linklar