İnşaat Sənayesi üzrə Təlim Şurasından Mark Piggott  ilin tərcrübə keçən qızı Jessica Leanın inkişafı və Murphy Group ilə olan təlimləri haqqında yazır.

Mersisayd qraflığı, Sant Helens şəhərindən olan 23 yaşlı Jessica Lea BK-ın tikinti sənayesində işləmək istəyən cavan qadınlara bir mesajı var: "Siz bunu edə bilərsiniz!

Məktəbdə istehsalın iqtisadiyyatı haqqında elmi və teatr incəsənəti xoşlayan Jessica  Murphy Group şirkətində mühəndis köməkçisi olaraq işin çeşidliliyi və işdən məmnun olduğunu və ənənəvi olaraq  kişilərin hökmranlıq etdiyi sənayedə təmilləşməyi sevdiyini söylədi. 

Bolton Universitetində həftədə bir gün bakalavr dərəcəsi üzrə təhsil alan Jessica universitetdən telefonla danışaraq, "Mən kişi həmkarlarımla yaxşı yola gedirəm" deyir. "İndi sənayeyə qoşulan bir çox qadın var və iş həqiqətən müxtəlifdir. Hal-hazırda ölkəmizdəki layihələr üzərində çalışıram, habelə öyrənməklə də məşğul oluram. Əslində, mənim yeganə problemim boş vaxtımın olmamasıdır."

Peşəkar Təlimlər - bir çox insanlar üçün yaxşı seçim

Jessica artıq özü üçün  təfərrüatlı tərcümeyi hal hazırlayır. Buna baxmayaraq, o, sənayeyə daxil olmaq istəyən digər qadınlara peşəkar təlim keçmələrini məsləhət görür.

“Peşəkar Təlim yolu mənim üçün çox yaxşı idi" deyir Jessica. Tam işə başlamazdan əvvəl Wigan və Leigh kollecində İnşaat Mühəndisliyi üzrə BTEC ixtisasına yiyələndim.

Jessica öz cəhdlərinə görə artıq bir neçə mükafat qazandı, yaxın vaxtlarda İnşaat Sənayesi Tədris Heyəti (CITB) tərəfindən Şimal-Qərb üzrə ilin təcrübə keçəni (stajçısı)  adlandırıldı.

Yeni İmkanlar

Onun təcrübəsi yeni işçilər cəlb etmək üçün tikinti sənayesinin necə dəyişikliklər etdiyini göstərir. Ənənələrə riayət etməyən insanların tikinti sektoruna qoşulması üçün imkanlar artır, çünki:

  • önümüzdəki beş il ərzində 150 min yeni iş yerinin yaradılması gözlənilir
  • yaşlı işçilər pensiya ilə üzləşirlər
  • Birləşmiş Krallığın daxili miqrasiyaya dair siyasətində meydana çıxan dəyişikliklər müvafiq ixtisaslı işçilərin əldə edilməsi imkanlarını azalda bilər. 

Sənayenin özü karyera inkişafı üçün çoxsaylı imkanları olan daha yüksək texnologiyaya sahib olur və modernləşdirilir.

Jessicanın  bacarıqlarına  daha çox ehtiyac duyulur,  bəzən o gecə növbəsində işləyir, hərçənd o vurğulayır ki, onun işə götürəni mühəndislərin ərazilərə təhlükəsiz şəkildə gedib gəlmələri üçün onları nəqliyyatla təchiz edir. Bu ildə o həmçinin Miladda işləməyə qərar verdi.

Jessica 2023-cü ildə ixtisas dərəcəsini başa çatdırıb tam ixtisaslı mühəndis olmağı gözləyir - imkanlara artıq məhdudiyyət yoxdur. ""Mən ixtisaslı olduğumda boru mühəndisi olmağı və ya tikinti idarəçiliyinə daxil olmağı istərdim” deyir. ""Tikintiyə uzun müddət kişilərin üstünlük təşkil etdiyi sənaye kimi baxılmışdır, lakin indi hər şey dəyişir."