Doncaster Kollecində Biznes, Məşğuliyyət və Təlim üzrə direktoru Nick Rudkin işəgötürənlərlə işləmək və  müəllimlərin sənayeyə dair bilikərinin yenilənməsi təmin etmək məqsədilə bunun kolleclər üçün nə dərəcədə əhəmiyyətli olduğunu izah edir.

Problem

Doncaster Kolleci uzun müddətdir ki, müvəffəqiyyətli şəkildə peşəkar təlimlər keçir, lakin son bir neçə il ərzində yeni vergi yığımının maliyyələşdiriməsi sistemi də daxil olmaqla, fürsət və komplikasiyanın yeni bir şəbəkəsini təqdim edir.

Birləşmiş Krallığ hökuməti peşəkar təlimləri inkişaf etdirmək üçün çox çalışdı və işəgötürənlərin cəlb edilməsi üçün güzəştlər etdi, lakin iqtisadi tənəzzüldən sonra ticarət ictimaiyyətində onlara investisiya qoyulması barədə hələ də şübhələr var idi. Bir çox sənaye sektorunda ciddi peşəkar bacarıqların çatışmazlığı yarandığı üçün işəgötürənlər və tələbələrlə məşğul olmağın yeni yollarını tapmağa ehtiyacımız vari idi. Peşəkar təlim verənlər şagirdləri az maaş, darıxdırıcı  və perspektivsiz iş barəsindəki yanlış fikirlərdən uzaqlaşdırarkən işəgötürənləri peşəkar təlimlərin  bahalı olmayacağından, uzun müddət davam etməyəcəyindən və etibarsız olmayacağından əmin etməli olurdular.

Doncaster həlli

Doncaster Kollecində sənaye mütəxəssilərinə öz sektorları daxilində bacarıqlarının təkmilləşdirilməsinə imkan verən işəgötürən forumlarını təqdim etdik.  Bu bizə tələbələrimizin sənaye imkanlarını müəyyən edərkən mühazirəçilərimizin bacarıqlarını artırmağa imkan verir.

Biz kollecdə ixtisas artırılma kurs sessiyalarının keçirilməsi üçün sənaye ekspertlərini işə götürməyə başlamışıq, aktual problemlər və bacarıqlar baxımından iş yerlərinin necə olduğunu xatırlatmaq üçün müəllimlərimizi sənaye sahəsinə göndəririk.

İnşaat sənayesi dokuz həftəlik intensiv bacarıq təlim proqramı, daha sonra dörd həftəlik iş təcrübəsi və peşəkar təlimlərdə təkminləşmə daxil olmaqla, ixtisaslı kadr təmin etmək üçün yenilikçi yanaşmanızın bir hissəsidir.

Tələbələrin seçimini işəgötürənlər üçün daha asanlaşdırmaq üçün boş vakansiyaları elan edən, müsahibə üçün namizədləri hazırlayan və bütün prosesi işəgötürənlər və tələbələr üçün mümkün qədər asanlaşdıran  xüsusi bir işə götürmə qrupumuz mövcuddur.

Bir təcrübə keçən kimi mən sistemə qarşı güclü bir bağlılıq hiss edirəm və bunun bacarıqların artırılması üçün həlledici olduğunu düşünürəm. Əgər bir işin böyüməyi lazımdırsa,  və ya sadəcə daha təcrübəli heyətə ehtiyac duyarsa, yeni bir qan inyeksiyası təcrübə keçən (stajçı) şəklində sadə və effektivdir.

İşəgötürənlərdən və tələbələrdən dəstək

İşəgötürənlər bu prosesi dəyərli hesab edirlər. Smith Brothers Wholesale Ltd şirkətinin əməliyyat meneceri Dave Horner deyir: "Təcrübə keçənləri iş yerinə gətirmək həqiqətən vacibdir. Məndə böyük bir işçi qüvvəsi var, ancaq əbədi olaraq burada qalmayacaqlar və mən yeni nəslin təcrübə keçənləri ilə itirə biləcəyimiz bacarıqları istifadə etməyə ehtiyac duyuram."

Tasha Jackson rəqəmsal marketinqdə təcrübə keçən bir şəxsdir. O deyir: "Mən ətrafımdakı insanlardan çox şey öyrəndim və şirkətə müsbət qatqım olduğundan əminəm. İndi ixtisasın dördüncü səviyyəsinə yiyələnmişəm, ancaq universitet öhdəliyim yoxdur və  tam günlük işim var."

Əlaqəli linklar