Kolleclər Tərəfdaşlığının Baş Direktoru Dugald Craig peşəkar təlimlərin keyfiyyətini artırmaq məqsədilə təşkilatçılarının və kiçik şirkətlərin birlikdə işləmələrini asanlaşdırmaq üçün Avropan üzrə mövcud proqramı təsvir edir.

Peşəkar təlimlər iş yerindəki təlim müddətlərini kollec və ya məktəb təhsili ilə birləşdirən işləyərək öyrənmənin ən müvəffəqiyyətli formasıdır:  iş yeri təhsil sahəsində nəzəri və əlavə praktiki bacarıqların inkişafını, həmçinin dəyərli təcrübə və bacarıqların artırılmasını təmin edir.

MƏQSƏD

SAPS (Peşə üzrə Ali Təhsil, Kiçik və Orta müəssisələr arasında Peşəkar Təlimin Dəstəklənməsi) EURASHE (Avropa Ali Təhsil Təşkilatları Assosiasiyası) tərəfindən idarə olunan beynəlxalq əməkdaşlıq layihəsidir və Avstriya, Çexiya, Fransa, Litva, Malta, Portuqaliya, Serbiya, Sloveniya və Şotlandiyadan iştirakçılar cəlb edir. Erasmus+ İqtisadi İslahatlara Dəstək Proqramı vasitəsilə maliyyələşdirilir. 

Erasmus+ proqramın bu sahəsində məqsədi:

  • təhsil müəssisələrindən bacarıqlı tələbə (stajçı) işə götürməyin kiçik və orta müəssisələrə (KOM-lar – 250-ə qədər işçisi olan təşkilatlar) xeyir gətirməsi fikrini inkişaf etdirmək
  • təhsil müəssisələri ilə KOM-lar arasında əməkdaşlıq sahəsindəki maneələri azaltmaq
  • peşə üzrə ali təhsil, ali peşə-texniki təhsili və təlimi üzrə baş təşkilatlar (məsələn, EURASHE və onun Avropa və Asiyada 60-dan çox üzv assosiasiyaları və şəbəkələri kimi) və KOM-ları təmsil edən təşkilatlara daha çox müntəzəm və strukturlaşdırılmış əməkdaşlıq yaratmaq

Layihənin başlamasını stimullaşdıran amil Avropada ixtisaslaşdırma uyğunsuzluğu və gənclərin işsizliyini aradan qaldırmaqda peşəkar təlim potensialını nümayiş etdirən müxtəlif tədqiqat nümunlərindən ortaya çıxmışdır.  Layihənin işi və onun nəticələri Avropadakı peşəkar təlimlərin keyfiyyətini, tədarükünü, görünüşünü və portativliyini milli öhdəliklər və səhmdarların verdiyi könüllü vədlər ilə gücləndirməyə çalışan Peşəkar Təlim üzrə Avropa İttifaqı (EAfA) kimi digər Avropa Birliyinin təşəbbüslərinə uyğunlaşdırılır.

AVROPALI EKSPERTLƏRİ RƏHBƏRLİK ETMƏK ÜÇÜN BİR ARAYA GƏTİRMƏK

SAPS layihəsi təhsil müəssisələrində peşəkar təlimə qarşı daha açıq münasibət yaratmaq üçün təkmilləşdirilmiş prosedurların həyata keçirilməsinə ehtiyac olduğunu vurğulayaraq KOM-larla birgə  təhsil və tədris materiallarını inkişaf etdirmək üçün peşəkar təlimə nəzarət edilməsində Avropalı ekspertləri bir araya gətirən  ikili yanaşma ilə bu maneələrin öhdəsindən gəlir.  Çıxan sənədlərə çex, ingilis, fransız, alman, litva, portuqal, serb və sloveniyada kataloqlar dəsti daxildir:

  • KOM və təhsil müəssisələri arasında əməkdaşlığı asanlaşdırmaq və sadələşdirmək
  • peşəkar təlimin dəyərini nümayiş etdirmək
  • şagirdlərin işə götürülməsi və təlimləndirilməsi ilə bağlı məsləhət vermək. 

Aşağıdakı mövzularda tədris institutları və KOM-lar üçün təlimatlar ilə birgə Peşəkar Təlimin Keyfiyyəti üzrə Dəsti vasitəsilə bunlar əlavə edilmişdir:

  • idarə və strategiya
  • tədris və öyrənmək 
  • əməliyyatlar.

Alətlər dəsti ümumi prosesləri, meyarları  və tələbləri vurğulayır, siyahılar və formalar kimi praktik alətlərdən ibarətdir.

KOM-LARLA ƏLAQƏ SAXLAMAQ

Layihənin son mərhələsi KOM-lar üçün peşəkar təlimin üstünlüklərinin irəli sürülməsinə xüsusi diqqət ayıracaqdır və layihəyə cəlb olunan on ölkədə peşəkar təlimin cəlbediciliyinə mənfi təsir göstərən mövcud maneələri aradan qaldıracaq və öhdəsindən gələcəkdir.

Əlaqəli linklar