Lesterdəki De Montford Universiteti ənənəvi dərəcələrdən fərqli olan, eyni səviyyədə akademik ciddiliyi qoruyan, Magistratura səviyyəsində təlim proqramlarını təklif edən çox sayda universitetlərdən biridir. Onlar öyrənmə proqramlarının iş yerlərinə münasib olmasını təmin edərək və təcrübə keçənlərin öz təlimlərinə davam edərkən işəgötürənlərinə kömək etmələrini təmin edərək işəgötürənləri və  təlim provayderlərini bir araya gətirirlər.

Universitet kursları ilə müqayisədə peşəkar təlimlərin üstünlükləri

Biz adətən peşəkar təlimə peşə və ali təhsilə məktəbdən davam etmək üçün alternativ olan işləyərək ixtisas əldə etmək kimi baxırıq. Lakin Universitetdə dərəcə almaq üçün təlim kurslarına alternativ olaraq namizədlər üçün fərqli bir perspektiv mövcuddur:

  1. Peşəkar təlim  müvafiq təlimləri əhatə edən real işlərə əsaslanırlar. Təcübə keçənlərə (stajçı)  maaş ödənilir, əmək müqaviləsi və digər heyətin sahib olduğu hüquqlara malikdir.
  2. Peşəkar təlimlər bir çox səviyyədə mövcuddur. Aşağı səviyyədən başlayıb magistratura səviyyəsi və daha da yüksək səviyyəyə qədər işləmək mümkündür.
  3. Peşəkar təlimlər xərc çəkmədən ali təhsildən faydalanmağı təklif edirlər.

İşə götürənlər üçün

  1. Daha böyük  işəgötürənlər  təcrübə keçənləri (stajçıları) götürüb götürməməsindən asılı olmayaraq peşəkar təlimə görə kiçik məbləğdə vergi ödədikləri halda, bütün şirkətlər ödənişli yüksək keyfiyyətli təlimdən faydalana bilərlər.
  2. İstədikləri təqdirdə peşəkar təlim normalarını inkişaf etdirməyə cəlb oluna bilərlər.
  3. Təlim şirkətin ehtiyacları ilə bağlıdır, bacarıqlardakı boşluqları və çatışmazlıqları aradan qaldırmağa kömək edir.
  4. Təcrübə keçənlər ilk dəfə işlədiyi şirkətə sadiq qalmağa cəhd edirlər.

Kolleclər, universitetlər və digər təlim provayderləri üçün

  1. Proqramlar işəgötürənlərlə daha yaxşı əlaqələrin yaradılmasına imkan verir, bu da ki, digər birgə proqramlara qoşulmağa gətirib çıxara bilər.
  2. Akademik ciddilik və peşə bacarıqları ən yaxşı təhsil imkanlarını təmin etmək üçün birləşdirilir.
  3. Bəzi tələbələr üçün maliyyə problemlərinə səbəb olmayan təmiz maliyyə axınları mövcuddur.

De Montford Universitetində magistratura səviyyəsində peşəkar təlimlər

Namizədlər proqramda iştirak edən işəgötürən vasitəsilə olmasına baxmayaraq  normal universitet yerləri üçün müraciət edərkən eyni zamanda bu proqramlara müraciət edə bilərlər.

Peşəkar təlim dərəcəsi ilə tələbələr universitet təhsili və iş yeri arasında vaxtlarını bölüşdürür və kurs boyunca işləməyə davam edirlər. De Montford universiteti  icarənin idarəedilməsi, kiber təhlükəsizlik, rəqəmsal və texnologiya həlləri və inkişaf mühəndisliyi kimi sahələrdə proqramlar təqdim etmək üçün yerli işəgötürənlərlə işləyir. Memarlıq, mühasibatlıq və tikinti xidmətlərinin dizaynında da proqramlar hazırlanır.

Proqrama qatılan işəgötürənlərə Milli Səhiyyə xidməti, British Telekom, KFC və Lesterşir Polisi aid edilir. Bununla belə, magistratura səviyyəsində təlimlər daha böyük təşkilatlarla məhdudlaşmır. Kiçik şirkətlər həmçinin iştirak edə bilər, həm də xərclərin çox hissəsi kənardan ödənilir.

İş yerində praktiki təcrübə təlimin 80%-ni təşkil edir, işəgötürənlər və tələbələr  praktiki təcrübə toplamadan əvvəl bir proqramı sonuna qədər nəyin ki, gözləyirlər, hətta dərhal ondan faydalanırlar. Bütün yeni təlimlərdə olduğu kimi 'standartlar' işəgötürən qrupları tərəfindən müəyyən bir peşə üçün tələb olunan bilik, bacarıq və davranışları hədəfləyən qruplar tərəfindən hazırlanır. Bunlar müvafiq məzmunu və öyrənmə nəticələrini təmin etmək üçün universitet proqramları ilə müqayisə edilmişdir.

Əlaqəli linklar