Məzunların malik olduğu perspektivlərin artırılması

Biz bu proqramın köməyi ilə uzunmüddətli tərəfdaşlıqlar qurmaq, real dəyişikliklərə nail olmaq və insanların, xüsusilə də qadın və qızların bilik və bacarıqlarının artmasına və qlobal bazara çıxmaq potensiallarının inkişaf etməsinə kömək etmək istəyirik.

Yerli bazarda vəziyyəti yaxşı bilməyimiz, habelə çox sayda beynəlxalq təhsil sistemi ilə tanış olmağımız məzunların işədüzəlmə imkanlarını artırmaq məqsədilə insanları təcrübələrini və qabaqcıl praktikaları paylaşmaq üçün bir araya gətirməyimizə imkan verir.

Fəaliyyətimiz Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Ukrayna, Özbəkistan və Ermənistanda təhsil siyasətinin inkişafına töhfə verir və daha güclü təhsil sisteminin qurulmasına kömək edir.

TƏŞKİLATIMIZ ÜÇ ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ ÜZRƏ ÇALIŞIR:

  • Ali təhsildə ingilis dili: Biz ali təhsil müəssisələrində ingilis dili tədrisini və ingilis dilinin tədris vasitəsi kimi istifadə edilməsini inkişaf etdirmək arzusundayıq. Məqsədimiz daha çox məzunun beynəlxalq əmək bazarına çıxmasına və elmi araşdırmalar sahəsində daha yaxşı beynəlxalq əməkdaşlıqlar yaratmasına nail olmaqdır. 
  • Tədrisdə keyfiyyət: Biz ali təhsildə təlim və tədrisin keyfiyyətini artırmaq istəyirik. Standartların təyin edilməsi və dəstəklənməsi üçün keyfiyyətin təminatı çox vacibdir. Biz tədris standartlarını qaldırmaq, strategiyalar hazırlamaq və qabaqcıl təcrübə mərkəzləri qurmaq üçün müəssisələrlə çalışacağıq.

  • Məzunların işə düzəlməsi: Geniş kütlələrin ali təhsilə çıxışa sahib olması labüd şəkildə işsizliyin səviyyəsinin aşağıya düşməsinə səbəb olmur. Biz tələbələrin əmək bazarına müvafiq bacarıqlar dəsti ilə daxil olmasını və XXI əsr cəmiyyətinin tələblərinə cavab verməsini təmin etməliyik.

Bu bölmədə