Peşə hazirliği məktəbləri necə olmalidir?

Təhsil və Təlim Cəmiyyətinin yeni təlimatlar bülletenindən" adlı məqalə Milli Təhsil Araşdırmaları Fondunun son hesabatından götürülmüş bir parçadır. Onun məzmunu texniki-peşə təhsilinin nə cür qurulmalı, başa düşülməli və tətbiq olunmalı kimi mövzuları işıqlandırır. Bu yazıdan nələri öyrənə bilərik?

Son vaxtlar texniki-peşə təhsilinin vacibliyi bir çox şərhçilərin sevimli mövzusu olmuşdur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT / the Organisation for Economic Cooperation and Development – OECD) və Kolleclər Assosiasiyası (KA / the Association of Colleges – AoC) kimi qurumlar çoxdandır ki, təhsil-təlim işinin bu önəmli sahəsinin təkmilləşməsinə çağıran səslərini ucaldırlar. Onlar göstərirlər ki, bu məsələyə münasibət laqeyd olarsa, Britaniya iqtisadiyyatının səmərəsi və rəqabət qabiliyyəti qlobal risklərdən irəli gələn təhlükələrə məruz qala bilər.

Ancaq "texniki təhsilin yekun mənzərəsi nə cür olmalıdır?" sualı müzakirələr üçün açıq qalır. Hal-hazırda onun hansı formada qurulmalı olduğuna dair aparılmış tədqiqatlar çox deyil; onu ayrıca bir sahə kimi yox, daha çox peşə təhsilinin tərkib hissəsi kimi müəyyənləşdirmək meyli yaranmışdır.

OXUMAĞIN VƏ ÖYRƏTMƏYİN YAXŞI OLMASINI TƏMİN EDƏN NƏDİR?

OXUMAĞIN VƏ ÖYRƏTMƏYİN YAXŞI OLMASINI TƏMİN EDƏN NƏDİR?aMilli Təhsil Araşdırmaları Fondunun (MTAF / the National Foundation for Educational Research – NFER) 2015-ci ilin sonunda dərc etdirdiyi ""Texniki təhsilin xülasəsi"" adlı hesabatında bu sahədə oxumağın və öyrətməyin yaxşı olmasını təmin edən amillər araşdırılmış, bir sıra vacib məsələ işıqlandırılmışdır. Hesabatda deyilir ki, texniki-peşə təhsili sahəsində keyfiyyətli dərs deməyin və dərs oxumağın əsas meyyarları təhsilin digər formalarına xas olan meyarlarla səsləşir. Digər amillər arasında bunların da mövcudluğu zəruridir: aydın məqsəd naminə oxumaq həvəsi; təşəbbüs və nailiyyət mədəniyyəti; təhsilə münasib şərait yaradan mühit; dərs oxumaq üçün zəruri dəstək; tədris prosesində interaktiv yanaşmaların tətbiqi. Bir də ki, novator yanaşmalarına açıq olmaqdan əlavə, müəllimlər həm də fənn üzrə güclü biliklərə malik olub, öz biliklərini tələbələrə çatdırmağı bacardıqlarına əmin olmalıdırlar.

 

Hərçənd, tam önəmlisi – oxumaq və öyrətmək prosesi ilə onun hədəfi olan müəyyən peşə və ya iş sahəsi arasında tədrisin məğzini təşkil edən kontekstual uyğunluq yaratmaqdır. Bu o deməkdir ki, kursun məzmunu və tədris prosesində tətbiq olunan yanaşmalar gərək öyrənmə prosesinin tətbiqi olmasını, tələbənin öyrəndiyi iş sahəsi baxımından re-kontekstual dəstək verməsini təmin etsin. Ədəbiyyatda da belə bir məqam qeyd olunur: texniki-peşə təhsilində oxumaq prosesi ardıcıllıqla qurulmalıdır ki, tələbələr öyrəndikləri məlumatı daha böyük asanlıqla mənimsəyə bilsinlər. Pedaqoji fəaliyyətindən əlavə, həm də müəyyən peşə üzrə mütəxəssis olan, yəni tədris zamanı sənaye standartlarını nəzərdə tutan müəllimlər tələbələrə ən çox fayda verirlər.

MODEL

Bunu nəzərə alaraq, texniki təhsil sahəsində oxumağın və öyrətməyin şərtlərini yaxşı başa düşüb tətbiq edə bilməkdən ötrü, MTAF tərəfindən ""soğan"" formasında, yəni qatlardan ibarət diaqram şəklində (aşağıda hesabatın internet ünvanı göstərilmişdir) bir model hazırlanmışdı. Həmin layların bünövrəsində, yəni diaqramın mərkəzində – oxumağın və öyrətməyin başlıca hədəfi və ilkin faydalanan tərəfi qismində tələbə göstərilmişdir. Bu özəyi əhatə edən halqavarı qat ümumi orta təhsilin keyfiyyət meyarlarından ibarətdir; ümumi orta təhsil keyfiyyətli olarsa, ondan sonra başlayan daha ixtisaslı təhsil – texniki-peşə təhsili – tələbənin uğurlu irəliləyişinə daha yaxşı zəmin yaradacaq. Həmin keyfiyyət meyarlarından bəziləri bunlardır: təhsilə qarşı şəxsiyyətyönümlü, uyuşqan və yenilik gətirən yanaşma; şagird, müəllim, bir də onların məqsədyönlü və həvəsləndirici mühiti arasında qarşılıqlı uyğunluğun yaradılması. Modeldə göstərilən növbəti qat texniki-peşə təhsilinin növbənöv cəhətlərindən ibarət olaraq, bu təhsilin müxtəlif aspektlərini vurğulayır, o cümlədən: tələbənin müxtəlif ehtiyaclarının qarşılanması; peşə üzrə avadanlıq və resurslardan istifadə etmək imkanı; peşə məqamlarının xırdalıqlarına diqqət; təhsilin ardıcıllığı; işgüzar icmalar; işəgötürənlərin iştirakı. Tələbələr görməlidir ki, təhsil zamanı yiyələndikləri biliklər onlara iş yerində gərək olacaq bacarıqlar mənasına gəlir və onların qarşısında daha yüksək səviyyəli təhsilə yol açır.

İŞGÜZAR İCMA

Hesabatı tərtib edənlər elə qənaətə gəlmişlər ki, orta təhsilin tamamlanmasını təmin edən kolleclər texniki təhsil almağın və onu artırmağın da ən yaxşı ünvanıdırlar. Onlar deyirlər ki, KA öz üzvlərinin auditini keçirərək, hər bir üzvün 3-cü, 4-cü və 5-ci pillə səviyyəsində texniki təhsil təmin edən vasitələrini ölçüyə ala və bu kolleclərin əldə etdikləri nailiyyətləri paylaşmaq imkanlarını öyrənə bilər. Assosiasiya, həmçinin, işçilərin öz sahələri üzrə günün tələblərinə uyğun biliklərə malik olmasını təmin etmək üçün onların davamlı peşə hazırlığı keçməsi haqqında müzakirələr başlada bilər. Hesabatda deyilir: "Müəllim/təlimçilərin və/və ya təsisatların vaxt tapıb işəgötürənlər ilə və bu sektora aid digər qurumlarla yaxınlıq edib müntəzəm əlaqə saxlaması son dərəcə önəmlidir. Bu, müəllim və təlimçilərə işgüzar icmanın tərkib hissəsi olmağa imkan verir, iş yerlərində yaşanan vəziyyətlə tədrisin ayaqlaşmasını təmin edir. Üstəlik, texniki təhsil sistemində oxumağın və öyrətməyin daha dəqiq anlayışını inkişaf etdirmək tələbatı da vardır. Bu, orta təhsilin tamamlanması sektoruna "texniki təhsilin artması probleminin həllində" kömək etməlidir.

Hesabatın müəlliflər qrupunun üzvü, Milli Təhsil Araşdırmaları Fondunun tədqiqatlar üzrə baş meneceri Tami Mak-Kron. 

Texniki-peşə təhsili sistemində oxumağın və öyrətməyin əsas cəhətlərini və zəruri elementlərini müəyyənləşdirmək məqsədilə Kolleclər Assosiasiyası tərəfindən Milli Təhsil Araşdırmaları Fonduna (MTAF / the National Foundation for Educational Research – NFER) ədəbiyyatın qısamüddətli baxışını keçirmək sifariş olunmuşdu. Bu kiçikmiqyaslı baxış 2015-ci ilin iyul-sentyabr ayları ərzində həyata keçirilmişdi.