İnkişafiniz üçün vəsait və materiallar

Sizi maraqlı, faydalı məqalə və mənbələrin internet ünvanları haqqında aybaay məlumatlandıracaq, praktiki materiallarla təmin edəcəyik. Tez-tez baxıb-yoxlayın, yeniliklərdən xəbərdar olun! 

TƏHSİL VƏ TƏLİM FONDUNUN MƏNBƏLƏRİ

Təhsil və Təlim Fondu xoş məramını nümayiş etdirərək, öz mənbələrinin bizim üçün açıq olmasına razılıq verib. Siz onların "Excellence Gateway" ("Mükəmməllik yolu"), bir də ""Foundation Online" ("Onlayn fond") adlı saytlarına daxil olub qeydiyyatdan keçərək, istədiyiniz məlumatları və təlim materiallarını siyahılardan seçib təmənnasız əldə edə bilərsiniz.

http://www.excellencegateway.org.uk/

http://www.foundationonline.org.uk/

TƏLƏBƏLƏRİN SƏSİ

"Excellence Gateway" portalında bir məqalə var, sizə faydalı görünə bilər, Liverpul İcma Kollecindən daxil olmuş sadə bir yazıdır – tələbələrinizin səsini eşitmək, onların rəyini daha dəqiq öyrənmək üçün bir yeni, novator yanaşması təklif edir.

Harrou Kolleci də bu ayın buraxılışında "tələbələrin səsi" mövzusunda gözəl bir örnək – tələbə Röşni Rəvqani ilə müsahibə təqdim edir. 

İNGİLİS DİLİ MÜƏLLİMLƏRİ ÜÇÜN MATERİALLAR

Albaniyada, səyyar hərbi hospitalın qonşuluğunda komandamız tərəfindən hazırlanmış bu materiallar  ingilis dilinin tədrisi ilə maraqlanan şəxslərin diqqətini çəkməlidir. Bu materialların əsas mövzusu – ingilis dilinin tədris planını necə hazırlamaq və onu bazar iqtisadiyyatının tələblərinə cavab verən şəkildə İnformasiya və Rabitə Texnologiyaları (İRT / Information and Communication Technology – ICT) məktəbləri üçün necə uyğunlaşdırmaq kimi məsələlərlə bağlıdır.