Onlayn aşpazlıq kursu (ingilis dilində)

"Peşə təhsili üzrə mübadilə" jurnalının hər bir nömrəsində faydalı resurslar paylaşmaqla sizə və dünyanın hər tərəfindəki müəllimlərə tələbələrin ehtiyaclarını ödəməkdə kömək edəcəyimizə ümid edirik. 

Bu ay siz və tələbələriniz tələbələrə və gənc aşpazlara aşpazlıq və kulinariya bacarıqlarına yiyələnməkdə kömək etmək üçün yaradılmış onlayn kursa dəvət edilirsiniz. 

Onlayn kurs keçin, ingilis, italyan və türk mətbəxi üzrə ixtisaslaşmış təcrübəli baş aşpazlardan dərs alın, nişan və sertifikatlar əldə edin. 

SNACKS akademiyası barədə oxuyun. 

SNACKS Birləşmiş Krallıq, İtaliya və Türkiyədə peşə-ixtisas kolleclərini və məktəblərini əhatə edən Erasmus Plus layihəsidir. SNACKS-ın məqsədi təlim iştirakçıları və yeni aşpazların bacarıqlarını inkişaf etdirmək və təkmilləşdirməkdən ibarətdir.