İnternetdə tələbələrin fikirlərinin dinlənilməsi ilə əlaqədar bir çox praktiki material ödənişsiz açıq istifadədir. Lakin biz oxucularımızı Birləşmiş Krallıqdan götürülmüş bəzi mükəmməl resurslara yönləndirməyimizin daha məqsədəuyğun olacağını düşünürük. Aşağıdakı linklərə baxmanızı və bu materialların ölkənizdə istifadə edilə və ya ölkənizə uyğunlaşdırıla bilib-bilməyəcəyini nəzərə almanızı tövsiyə edirik. Eyni zamanda oxucuların müəssisələrində istifadə edilən oxşar resurslar haqqında da məlumat almaq istərdik. Bölüşmək istədiyiniz məlumat varsa, bizə elektron məktub göndərin

Birləşmiş Krallığın kollec və məktəblər üçün nəzarət orqanı olan Ofsteddən ən yaxşı fəaliyyət nümunələri

Ofsted Birləşmiş Krallığın kollec və məktəblərə nəzarət etmək üçün məsuliyyət daşıyan orqanıdır. Tələbələrin aldıqları təhsilin keyfiyyəti ilə əlaqədar fikirlərinin nə dərəcədə nəzərə alındığının araşdırılması istənilən qiymətləndirmənin mühüm hissəsini təşkil edir və Ofsted tələbələrin səsi sahəsindəki yaxşı təcrübələri nümayiş etdirən bir sıra nümunələr hazırlayıb. Biz xüsusilə İngiltərədə yerləşən Çiçester (Chichester) Kolleci ilə əlaqədar misalda qeyd edilmiş resursları bəyənmişik; onların "Müşahidə lisenziyası" ("License to Observe") mükafatı, "Yaxşıdır, ya Yox" ("Hot or Not") tapşırığı və İllik Tələbə Konfransı burada dərc edilmiş misalda araşdırılıb. Ofsted tərəfindən təklif edilən digər təcrübə örnəklərini də buradan tapa bilərsiniz.

Tələbə rəhbəri vəzifəsi ilə əlaqədar Kolleclər Assosiasiyasının təlimatı

Birləşmiş Krallıqda çox zaman tələbələrin fikirləri müzakirə edilərkən "Tələbə rəhbəri" vəzifəsindən danışılır. Bu termin üçün bir qədər izahat tələb olunur və o, kolleclərin beynəlxalq səviyyədə idarə edilməsi üsulu ilə çox əlaqəlidir. Birləşmiş Krallıqda mərkəzi və yerli hökumət qərar qəbuletmə səlahiyyətinin böyük bir hissəsini birbaşa kolleclərə ötürür. Ancaq kolleclər dövlət vəsaiti ilə maliyyələşdirildiyi üçün bu müəssisələrdən qanuni olaraq Qəyyumlar Şurası adlanan, kollecin fəaliyyət və xərclərinə nəzarət etmək üçün yerli icma üzvlərini əhatə edən müstəqil orqan təşkil etmək tələb olunur. 

İcma üzvlərindən başqa, bir çox kollec də tələbələrin səsinin təmsil edilməsi üçün tələbə rəhbəri də təyin edir. İngiltərənin Kolleclər Assosiasiyası kollecləri tələbə rəhbərlərinin təyin edilməsi və dəstəklənməsi ilə əlaqədar tövsiyələrlə təmin edən mükəmməl təlimat hazırlayıb. Kolleclər Assosiasiyasının tələbələrin fikirlərinin dinlənilməsi ilə əlaqədar resurslarını araşdırın və ya təlimata nəzər salın. 

Karşelton Kollecinin sinif nümayəndəsi təlimatı

Tələbələrin fikirlərinin əhəmiyyət kəsb etdiyini və dinlənildiyini hiss etdikləri təşkilati mədəniyyət yaratmaq heç də asan deyil. Müəssisə daxilindəki hər bir sinfin onu təmsil etmək, fikirlərini elmi və texniki işçilərə çatdırmaq üçün tələbə seçdiyi ""Sinif nümayəndəsi"" sistemi geniş yayılıb. O, tələbələrə anonim və qısa şəkildə rəy bildirmək imkanı verdiyi üçün xüsusilə effektivdir. 

Carlshalton Kollecinin öz sinif nümayəndələri üçün hazırladığı, onların öhdəliklərini aydın və birbaşa dillə izah edən təlimatı bəyənirik. Bu faydalı resursa və Carlshalton Kolleci tərəfindən hazırlanıb Təhsil və Təlim Fondunun "Excellence Gateway" ("Mükəmməllik yolu") portalında dərc edilmiş digər resurslara nəzər salın.