Peşə təhsili müəssisələrində vaxt və resurslarla bağlı gərginliyi nəzərə alsaq, tələbələrin fikirlərinə diqqət yetirməklə əlaqədar yaradıcı düşünmək çətin ola bilər. Birləşmiş Krallığın bir qrup universiteti tərəfindən aparılan araşdırmaları haqqında üç misal hazırlamışıq. Bu misallarda bir sıra yanaşmalar təqdim edilir. Ümid edirik ki, bu misallar sizi peşə təhsili və təlimi üçün tələbələrinizin fikirlərinə diqqət yetirməyə həvəsləndirəcək.

"Artıq esse olmayacaq": tələbələr qiymətləndirməyə nəzarəti ələ alır

Qiymətləndirmə tələbələrin fəaliyyətinin əsasını təşkil edir. O, əsasən tələbələr üçün təhsil planının sınaqdan keçirilməsini "təyin edirsə" onları öz tədris proseslərinə daha dərin yanaşmağa necə cəsarətləndirmək olar? Bunun üçün bir üsul tələbələrə qiymətləndirilmə üsulları ilə bağlı qərar vermək imkanını yaratmaq ola bilər. Tələbələrin Birminhem Şəhər Universitetinin yaradıldığı ilk illərdə artıq esse yazmaq istəməmələri haqqında şikayətlənmələrindən sonra onlardan öz qiymətləndirilmə proseduralarını hazırlanması istənilib. 

Əvvəlcə təəccüb içində donub qalan tələbələr esse üçün münasib alternativlər axtarmaq məqsədilə müəllimləri ilə danışıqlara başlayıb. Bir beyin həmləsi sessiyası zamanı tələbələrdən biri bütün tələbələrin eyni qiymətləndirmə üsulunu seçməli olduğunu, yoxsa çox sayda variant arasından seçim edə biləcəklərini soruşdu. Müəllim heyəti müxtəlif tələbələrin müxtəlif növ kurs işləri götürməsinin mümkün ola biləcəyini qərarlaşdırdı. Bunun üçün sadəcə kurs işini tamamlamaq üçün tələb edilən vaxt və enerjinin, eləcə də hər bir tələbənin nümayiş etdirəcəyi bacarıq və biliklərin müqayisə edilməsi mümkün olmalıydı. 

Tələbələr müəllimlərlə birlikdə bir sıra qiymətləndirmə yolları yaradıb. Tələbələr müəllimlərin onlara öyrətdikləri modul haqqında, eləcə də fənn üzrə biliklərini necə nümayiş etdirə biləcəkləri barəsində dərindən düşünməyə həvəsləndirilib. 

Qiymətləndirmə yollarının hazırlanması prosesi tələbələri öz kursları haqqında diqqətlə düşünməyə yönləndirib. Bu isə qiymətləndirmənin tətbiq edilməsi zamanı öz nəticəsini verib. Tələbələr maraq və iştiraklarının nəticəsi olaraq yüksək keyfiyyət səviyyəsinə nail olub.

Qiymətləndirmənin planlaşdırılması prosesini idarə etmək imkanına sahib olmağın necə hiss olduğunu soruşanda tələbələrdən biri deyib: "Möhtəşəm, həyəcanlandırıcı. Əvvəlcə çox təəccüblənsəm də, seçim etmək üçün çox ideyam var idi. 

Tədris prosesinin bütün mərhələlərində tam nəzarəti tələbələrə vermək münasib olmadığı üçün tələbələrin qiymətləndirmənin planlaşdırılması prosesinə daxil edilməsi faydalı ola bilər. 

Rəy bildirmə haqqında "böyük söhbət" 

Yaxşı rəy bildirmə yaxşı tədris üçün vacib amildir. Ancaq Edirburq Neypir Universitetinin (Edinburgh Napier University) Təbiət Elmləri Məktəbində tələbələr daim aldıqları rəylərlə əlaqədar narazılıqlarını ifadə edirdi. Bu narazılıq eyni zamanda təqdim etdikləri rəylərin oxunmadığını və bəzən qəbul edilmədiyini hiss edən müəllimlərin məyus olmasına gətirib çıxarırdı. 

Müəllimlər qərara gəldi ki, tələbələrin rəy bildirmə prosesinin nəzərdən keçirilməsinə cəlb edilməsi vacibdir. Lakin onlar tələbələrin doldurması üçün sorğunun hazırlanmasının mənfi tərəflərinin olacağı ilə əlaqədar narahatlıq keçirirdi. Tələbələr əvvəl sorğuların heç nəyi dəyişməyəcəyini düşündüklərini bildirmişdi və onları doldurmaq üçün motivasiyaları çox az idi. Eyni zamanda sorğuların bəzən tələbələrin səsini təhrif edə biləcəyi ilə əlaqədar narahatlıq var idi. 

Universitet asan, istifadə edilə bilən və şəffaf olacaq, açıq şəkildə ifadə edilən ətraflı fikirləri əhatə edə biləcək üsul istəyirdi. 

Qərara gəlindi ki, iki mərhələli proses baş tutmalıdır: birinci, məsələləri vurğulamaq və mümkün həlləri araşdırmaq üçün sinif nümayəndəsinin iştirak etdiyi məktəb konfransına start verilməli, ikinci, bütün tələbələr "rəy bildirmə haqqında böyük söhbət"də iştirak etməyə dəvət edilməlidir. 

Konfrans tələbə və işçi heyəti ideyalarını tədqiq etmək üçün şəraitlə təmin edən bir sıra seminarlarla birlikdə bir gün ərzində baş tutub. Bundan sonra üç kurs və müxtəlif fənlər üzrə 300-dən artıq tələbə bir-biri və müəllimləri ilə bir həftəlik geniş söhbətlərdə iştirak edib. Universitet siniflərdə söhbətləri dəstəkləməyə həvəsləndirəcək tələbə və müəllimlər arasında  müzakirələrin yaranmasına nail olacağına ümid edirdi.

Söhbətlər qeydə alınır və işçi heyət tərəfindən təhlil edilirdi. Bəzi fikirlər spesifik olaraq müəyyən kurslara aid olsa da, aşağıdakılara ehtiyac olduğunu vurğulayan oxşar mövzular meydana çıxırdı:

  1. rəy bildirmə prosesinin aydın olmasını təmin etmək
  2. daha çox rəy bildirmə təklif etmək 
  3. təkmilləşmə ilə əlaqədar daha çox məlumat
  4. misal və nümunələrdən istifadə etmək 
  5. müsbət, eləcə də mənfi rəylər bildirmək.

Bu yolla tələbələrin səsi ilə məşğul olan müəllimlər rəy bildirmə prosedurasına bir sıra dəyişikliklər etməyə nail olub. Başqa məsələlərlə yanaşı, tələbələr rəy bildirmə ilə əlaqədar tövsiyələr verməyə həvəsləndirilib. Bu, tələbələrin əlavə rəy istədikləri tədris sahələrinin təyin edilməsinə imkan verirdi. Məktəb həmçinin bütün rəylərin aydın olmasını təmin edə bilib. 

Tələbələrlə müəllimlər arasında rəy bildirmə ilə əlaqədar söhbətdə tələbələrə universitetin onların səsini eşitdiyi nümayiş olunub. Tələbələrə kömək istəyə biləcəkləri və müəllimlərin yalnız hansı sahələrin problemli olduğunu bildikləri halda onlara kömək edə biləcəkləri xatırladılıb. Geniş söhbət tələbələr və işçi heyət arasında yeni əlaqə istiqamətlərinin yaradılması ilə universitetin mədəniyyətində dəyişikliyə nail olmaq prosesinə böyük töhfə verib. 

Tələbələrin fikirlərinə diqqət yetirilməsi üçün onlayn sorğulardan istifadə edilməsi

Vestminster Universitetində beş ildir yoxlanılan iki böyük modulyar kurs tələbələrin rəylərini qəbul etmək qərarına gəlib. Müəllim heyəti tələbələrin fikirlərini eşitmək üçün mümkün qədər çox tələbə ilə əlaqə yaratmalı olduqlarını qərarlaşdırıb.

Sosiologiya və İT tələbələrinin onlayn anketi modulların yenidən təşkil edilməsinin əsasını təşkil edəcəkdi. Sorğuda həm keyfiyyət, həm də kəmiyyət yönümlü suallar olacaqdı və o, maraqlanan tələbələri əhatə edən bir sıra fokus qruplar vasitəsilə dəstəklənəcəkdi.

Müəllimlər ətraflı və faydalı cavabların verilməsinə gətirib çıxaracaq anket suallarının hazırlanması üçün ciddi səyin tələb edildiyini başa düşürdü. Yay imtahanlarını başa vurmuş tələbələrdən anonim şəkildə anketləri doldurmaları xahiş edildi. Müəllimlər hiss edirdi ki, anonimliyi və ən vacibi, tələbələrin cavablarının anonim qalacağını bilmələrini təmin etmək fikirlərin səmimi şəkildə ifadə edilməsinə və iştirak səviyyəsinin yüksək olmasına gətirib çıxaracaq. 

Çox sayda tələbə sorğunu danışıq dilindən istifadə etməklə cavablandırdı. Cavablar elə zəngin idi ki, universitet planlaşdırılan fokus qruplara ehtiyac qalmadığını qərarlaşdırdı. İT və sosiologiya tələbələrinin cavablarında nəzərəçarpan fərqlər olmasa da, respondentlər tərəfindən qaldırılan bəzi mövzular təkrarlanırdı. Tələbələr həm təhsil planının kontenti, həm də digər aspektləri haqqında faydalı rəylər təqdim edib və bu rəylər işçi heyətin kursları yenidən təşkil etməsi zamanı istifadə edilib. 

Universitet sorğu keçirməyin tələbələrin səsini dinləmək üçün çox sayda tələbənin cəlb edilməsi baxımından faydalı üsul olduğunu hiss edib. Onların müvəffəqiyyətlərinin əsas səbəbləri:

  1. sualların düşünülmüş şəkildə hazırlanması
  2. zəngin cavablar tələb edən məhdudiyyəti olmayan suallar
  3. anonimliyi dəstəkləyən cavablandırmanın təmin edilməsi

Haqqında danışılmış bütün misallar və s. haqqında məlumatlardan ibarət araşdırma materialını oxuyun.