Bu nömrədəki məqalələrdə göstərildiyi kimi tələbələrin fikirlərinin nəzərə alınması ilə əlaqədar yalnız bir yanaşma mövcud deyil və bu anlayış dəyişkəndir, eləcə də müxtəlif cür şərh edilməyə açıqdır. Tələbələrin fikirlərinin nəzərə alınması anlayışının yeni olduğu müəssisə və mütəxəssislər üçün işə haradan və necə başlamağa qərar vermək çətin və qorxuducu ola bilər. Biz onlara sadəcə əldə edəcəkləri mənfəətin çox olacağını və böyük dəyişiklik yaratmaq potensialına malik olduğunu söyləyə bilərik. Tələbələrin fikirlərinin dinlənilməsi mövzusu ilə əlaqədar oxucularımızın sual və rəylərini qəbul etməyə hazırıq və onları bu rübün bacarıqlar üzrə mütəxəssisinin cavabları ilə birlikdə Avqust, 2017 nömrəmizdə dərc edəcəyik. 

Zəhmət olmasa, təhsil prosesində tələbələrin fikirlərinin nəzərə alınması ilə əlaqədar suallarınızı bizə göndərin. Məktubunuzu gözləyirik!