Təhsil planının, qiymətləndirmələrin, eləcə də məktəb və ya kollecin siyasətinin hazırlanması zamanı tələbələrin də rəyinin alınması təhsil mühitini təkmilləşdirə bilər. 

Bəs tələbələrin fikirlərini dinləyərkən rəhbərlik komandaları, müəllimlər və işçi heyət hansı məsələlərə ehtiyatla yanaşmalıdır? Bu məsələ ilə əlaqədar kömək etmək üçün faydalı tövsiyələr siyahısı hazırlamışıq. 

Dialoq təşkil edin

  • Müzakirə üçün şərait yaratmaq vacib məsələdir. İntellektual mərkəzlərin, fokus qruplarının, müzakirələrin və ya "sual vaxtı" qruplarının təşkil edilməsinin məqsədi işçi heyət və tələbələr arasında mənalı dialoqların stimullaşdırılması üçün vaxt və mühitin yaradılmasıdır. 
  • Fikir mübadiləsi nə qədər çox olarsa, tələbələrə təsirinin faydalı olma ehtimalı da o qədər yüksək olar. 
  • Tələbələrin fikirlərini səmimi şəkildə ifadə edə biləcəyi açıq müzakirə qapalı suallara cavab verməklə müqayisədə daha məhsuldar ola bilər.
  • Tələbələrin fikirlərinə diqqət yetirilməsi və onun dinlənilməsi bir dəfəlik deyil, müntəzəm xarakterə malik olduqda daha faydalı olur. Məhsuldar söhbətlər üçün tələb olunan bacarıqlara yiyələnmələri üçün həm tələbələrə, həm də işçi heyətə vaxt lazımdır; proses üçün vaxt təyin edin. 

Başqa tələbələrə təsiri nəzərə alın

  • Tələbələrin fikirlərinə diqqət yetirilməsinin əsas məqsədi rəhbərlik komandaları və müəllimlər tərəfindən qəbul edilən qərarlara təsir etməkdir, ancaq nəzərə alın ki, tələbələr bir-birinə də təsir göstərir. Tələbələrin digər tələbələrin fikir və ideyalarını eşitməsi də faydalı ola bilər. 
  • Məktəbdə öz tədris proseslərinin formalaşdırılması prosesində iştirak etməyin tələbələr üçün adi hala çevrildiyi mədəniyyət yaratmaqla tələbələrin iştirakını təkmilləşdirin. Bu, düşünməni dəstəkləyə və cəmiyyəti gücləndirə bilər.

Riskləri idarə edin

  • Xüsusən, dəyişiklik tələbələrə tədris mühitini idarə etmək imkanı verməyi əhatə etdikdə dəyişikliyin tətbiq edilməsi eyni zamanda risk etmək demək ola bilər. Riskləri idarə etmək və tələbələrin fikirlərini düzgün istiqamətləndirmək rəhbərlik komandası və müəllimlərin vəzifəsi olmalıdır. İnanın ki, risk etmək müsbət nəticə verəcək. 
  • Müəllimlərin tələbələri effektiv şəkildə dinləmək və onlara cavab vermək texnikalarını öyrənməsi üçün təlim tələb edilə bilər. Tələbələrin dedikləri və onların ideyalarının necə həyata keçirilə biləcəyi haqqında diqqətlə düşünün. 

Səhvlərdən nəticə çıxarın.

  • Bütün tələbələr də, bütün tədris mühitləri də bir-birindən fərqlənir. Təbii ki, tələbələrin səsinə diqqət yetirilməsi ilə əlaqədar bəzi təşəbbüs və texnikalar digərləri ilə müqayisədə daha uğurlu olacaq. Tələbələrinizi nəyin cəlb etməsini təcrübə əsasında öyrənin. 
  • Təşəbbüslərlə əlaqədar öz aralarında söhbət etmələri müəllimlər üçün faydalı ola bilər. 

Tələbələrin təmsil olunması

  • Kiçik tələbə şurasının bütün məktəbi təmsil edə biləcəyini haradan bilirsiniz? Yəqin ki, bilmirsiniz. Ayrı-ayrı tələbələrin səslərini tələbələrin səsləri ilə əlaqədar ümumi mənzərənin yaradılması üçün istifadə edilə biləcək məlumat mənbəyi olaraq qəbul etmək daha etibarlı ola bilər. 
  • Tələbə şuralarının və nümayəndə vəzifələrinin yaradılması ilə yanaşı, daha çox tələbənin daha açıq və inklüziv müzakirə forumlarına cəlb edilməsi də faydalı ola bilər.