Bacarıqlar üzrə mütəxəssis üçün suallar

"Peşə təhsili üzrə mübadilə" jurnalı yarım ildən artıqdır ki, fəaliyyət göstərir. İndi sizinlə əlaqə yaratmaq, işiniz və qarşılaşdığınız çətinliklər haqqında daha çox məlumat əldə etmək və sizə işinizə tətbiq edə biləcəyiniz birbaşa məsləhətlər vermək istəyirik.

2017-ci ildə yeni funksiya: bacarıqlar üzrə mütəxəssis təqdim edəcəyik. 

Burada peşə-ixtisas təhsili və bacarıqlarının müxtəlif aspektləri ilə əlaqədar suallar verə biləcəksiniz. 

Hər ay müxtəlif bacarıq mütəxəssisləri seçilmiş oxucu suallarına cavab verəcək. Sahə üzrə peşəkar çətinliklərin öhdəsindən gəlməklə əlaqədar məsləhət və tövsiyələr verəcək, gənclərin bacarıqlarını və işədüzəlmə imkanlarını inkişaf etdirməyə kömək edəcək.

Mart ayında Qrinviç Universitetinin mütəxəssisi Treysi Partric tələbələrin xüsusi tədris ehtiyaclarının qarşılanması ilə əlaqədar suallarınıza cavab verəcək.

Sualınızı e-mail vasitəsilə VEE@britishcouncil.org ünvanına göndərin.

Sualınızın cavabını qaçırmamaq üçün aylıq informasiya bülleteninə abunə olun.