Tələbələri dəstəkləmək onları müvəffəqiyyətə həvəsləndirir

Əlavə dəstək Uelsdə müvəffəqiyyət qazanmağa təkan verir.

Tələbələrin peşə təhsili ilə əlaqələrini qoruyub saxlamağın çətin olması bir çox səbəblə bağlıdır. Bəzən tələbələrin ehtiyaclarının qarşılanması sadəcə əla kurs təşkil etmək demək deyil, eyni zamanda daha məqsədəuyğun və  hərtərəfli dəstək təmin etmək deməkdir.  Tələbələrin kursa bağlı qalmaları üçün əlavə kömək və ya çətinliklər meydana gəldikdə kursu davam etdirmələri üçün cəsarətləndirmə tələb oluna bilər. Yaşayış yeri, sakitlik, sağlamlıq və rifah məsələləri kimi təhsillə əlaqədar olmayan qayğılar tələbələrin diqqətini yayındıra bilər. Ancaq tələbələrə pastor qayğısı və əlavə dəstək təklif edən məktəb və kolleclər onların tədris prosesinə daha bağlı ola bildiyini müşahidə edə bilər. 

Uelsdə diqqətlərini təhsillərinə yönəltməkdə çətinlik çəkən tələbələrinə əlavə dəstək təklif etməklə onların müvəffəqiyyət qazanmalarına təkan verən məktəbin strategiyası məhz bundan ibarətdir. Məktəb diqqətinin yayınma riski olan tələbələri təyin etməyə başlayıb və tələbələrə diqqətlərini tədris prosesinə yönəltməkdə kömək etmələri üçün, məsələn, yaşayış yeri ilə əlaqədar çox geniş təcrübələrə malik olan məsləhətçilər işə götürüb. "Grŵp Llandrillo Menai" təşkilatının ADTRAC layihəsi üzrə regional meneceri Sara Uilyams layihə haqqında yazıb. 

"Grŵp Llandrillo Menai"  (GLLM) Birləşmiş Krallıq, Şimali Uelsdə yerləşən və Uels hökuməti tərəfindən maliyyələşdirilən kollecdir. Kollecin məqsədi mükəmməl təhsil və təlim təmin etməklə tələbələrin müvəffəqiyyət qazanmasına təkan verməkdən ibarətdir. Grŵp insanları regionun və özlərinin rəqabətədavamlığını və müvəffəqiyyət qazanmasını təmin etmək üçün bacarıq, xüsusiyyət və ixtisaslarla təchiz etməklə Şimali Uelsin iqtisadiyyatını dəstəkləyir.  Təşkilatın məqsəd və prioritetlərinə əlavə olaraq Grŵp-in fəaliyyəti Uels Hökumətinin Gənclərin Fəaliyyətə Cəlb Edilməsi və İnkişafı Sistemi tərəfindən dəstəklənir.

GLLM bütün tələbələrin inkişaf etmək və müvafiq yolda irəliləmək imkanlarını maksimal səviyyədə artıra bilməsini təmin etməyə çalışır. Təşkilatların tələbələr üçün pastor qayğısı sistemi çərçivəsində tədris proseslərində qarşılarına çıxan istənilən çətinliyin öhdəsindən gəlmələri üçün bəzi tələbələrin əlavə köməyə və dəstəyə ehtiyac duyması qəbul edilmiş faktdır.  

Bu ehtiyacın qarşılanması üçün təşkilat diqqətinin yayınma riski olan tələbələrlə əlaqədar Risk Altında Olan Tələbə Panelləri (Learner At Risk Panels (LARP)) təşkil edib, belə ki, tələbələrin təhsil hədəflərinə nail olmaq potensiallarını maksimallaşdırmasına imkan vermək üçün tədrisə xüsusi müdaxilələr edilə bilər. 

Risk Altında Olan Tələbə Panellərində GLLM tərəfindən maraqlı tərəflərlə tərəfdaşlıq şəraitində yaradılmış Erkən Müdaxilə Sistemindən əldə edilən məlumatlar əks etdirilir. Sistem diqqətin yayınma riski baxımından tələbələrin statusunu təyin etmək üçün iştirak səviyyəsi, əsas bacarıqlar, davranışlar və rifah ehtiyacları daxil olmaqla tələbələrlə əlaqədar məlumatların əsas göstəricilərindən istifadə edir. Bu göstəricilərdən qiymətləndirmə üçün istifadə edilir. 

Erkən Müdaxilə Sistemi ildə iki dəfə GLLM çərçivəsində əyani təhsil alan bütün 16-24 yaşlı tələbələr üçün istifadə edilir. 15 faiz qiymətləndirmə nəticəsi əldə edilən tələbələrlə əlaqədar hansı dəstəkdən istifadə edildiyini və tələbələrin statusunun təkmilləşdirilməsi üçün nə təklif edilə biləcəyini təyin etmək məqsədilə dəstək paketi nəzərdən keçirilir. Bütün tələbə koqortasının 8 faizi şəklində qiymətləndirmə nəticəsi əldə edilən tələbələrlə əlaqədar onların Aİ tərəfindən maliyyələşdirilən TRAC layihəsindən əlavə dəstək ala bilib-bilməyəcəyini təyin etmək məqsədilə təhlil aparılır.

TRAC 11-24 Uels Hökuməti vasitəsilə Avropa Sosial Fondu tərəfindən maliyyələşdirilir və Şimali Uelsdə təhsil, məşğulluq və təlim məsələlərindən yayınma riski olan 11-24 yaşlı gənclərin sayının azaldılması üçün məqsədyönlü dəstək təklif edir. Bu dəstək əsas xidmətləri təkrar etməyəcək, əksinə tamamlayacaq bir sıra müdaxilələr vasitəsilə təmin edilir. Layihə Denbişir Qraflıq Şurası tərəfindən idarə edilir və "Careers Wales" və yerli kolleclərlə birlikdə altı yerli hökumətlə tərəfdaşlıq şəraitində həyata keçirilir. Layihənin hər bir təşkilatda yerinə yetirilməsi mövcud struktur və şəraitlərə görə fərqlənir. 

GLLM-də layihə davamlı əyani təhsil alan və ən yüksək yayınma riskinə malik olduqları təyin edilmiş 16-24 yaşlı tələbələrlə işləyir və mövcud başqa maliyyələşdirilmiş sistemlərin tələbələrin ehtiyaclarının qarşılanması üçün münasib olmadığı vəziyyətlərdə onları dəstəkləyir. Layihənin məqsədi tələbələrin proqramda qalmaları və kurslarını tamamlamaları məqsədilə dəstəklənməsini təmin etməkdən ibarətdir.

Layihə tələbələrin tədris prosesində iştirak etmələrinə təsir göstərən maneə və narahatlıqlarla məşğul olmaq məqsədilə TRAC layihəsinin rifah və təhsil üzrə məsləhətçilərindən ibarət olan icra komandasının intensiv dəstəyini çatdırmaq işini əhatə edir. Buraya təşkilat çərçivəsində mövcud olan keyfiyyət tədbirlərini tamamlayan müntəzəm fərdiləşdirilmiş "AĞILLI" fəaliyyət planları və yumşaq nəticələrin xülasəsi daxildir. Layihənin yerinə yetirilməsi zamanı tələbənin qət etdiyi yolun qiymətləndirilməsi və qiymətləndirmə nəticələrinin yaşıdları ilə müqayisə edilərək təhlil edilməsi məqsədilə on həftəlik müddətdə tələbənin Erkən Müdaxilə Sistemindəki qiyməti nəzərdən keçirilir. Məsləhətçi və təlimatçılarımız tələbənin tədris prosesində iştirakına təsir edən yaşayış yeri, sağlamlıq və rifah məsələləri kimi çox sayda problemin həll edilməsinə kömək etmək üçün hazır vəziyyətdədir.

GLLM-də layihə birinci ildir ki, tətbiq edilir və 2018-ci ilə qədər tətbiq edilməsi planlaşdırılır.  TRAC layihəsi artıq tələbələri dəstəkləməkdədir və müvəffəqiyyətin qiymətləndirilməsinə başlanılmış ilk günlərdə risk altında olan tələbələrimizə öz potensiallarını əldə etməkdə kömək etmək baxımından göstəricilər çox müsbətdir.

DGLLM-də TRAC layihəsinin icra edilməsi ilə əlaqədar ətraflı məlumat üçün əlaqə saxlayın: Sara Uilyams, ADTRAC layihəsi üzrə regional menecer, GLLM.