Tələbələrin sənaye ilə əlaqələndirilməsi

Peşə təhsili alan tələbələrin əksəriyyəti üçün təhsil işə düzəlmə ilə nəticələnməlidir. O, məktəb və kolleclərin peşə təcrübələrinin tələbələrin tədris prosesinə tətbiq edilməsi baxımından faydalı ola bilər. O, yalnız tələbələrin praktiki bacarıqlar əldə etməsinə imkan vermir, eyni zamanda onlara ixtisas qazandıqdan sonra iş tapmaqda kömək edə biləcək peşəkar əlaqələr və istehsalat münasibətləri yaratmağa başlamaqda kömək edir.

Solford Şəhər Kolleci (Salford City College) buna nail olmaq üçün Birləşmiş Krallıqda start verilmiş "Karyera üçün hazır" (Career Ready) xeyriyyə layihəsi ilə əməkdaşlıq edib və olduqca müstəsna nəticələr əldə etmişik. 

Kollec bir sıra "Karyera üçün hazır" kursları təşkil edib. Bu kurslar tələbələr üçün iş üzrə müəllim ayırmaqla və altı həftəlik ödənişli internatura təşkil etməklə onların karyera üçün hazırlaşmasına kömək edir. 

Müəllimlər tapşırıqlar və internatura müraciətləri ilə əlaqədar olaraq kömək göstərmək və mümkün olduqca təlimatlandırmaq, eləcə də karyera məsləhətləri verməklə tələbələrin təhsilində müəyyən rol oynamağa könüllü olaraq razılıq verir. Tələbələr eyni zamanda müəllimlərinin iş yerlərinə baş çəkir. 

Lloyds Banking Group-dan Amanda Vudla işləyən bir mühasibat tələbəsi belə deyib: "Mühasibat mənim üçün hər zaman maraqlı olduğuna görə Amandanın mənim müəllimim olaraq ayrıldığını öyrənəndə, həqiqətən, məmnun oldum".   

"Karyera üçün hazır" kursları artıq nəticə verməkdədir. 

Birləşmiş Krallığın ITV adlı televiziya şirkətində altı həftəlik yay istehsalat təcrübəsindən sonra bir tələbəyə kollecdəki təhsilini başa vurduqdan sonra yarımştat iş təklif olunub. 

O, bunu belə izah edirdi: "Bu qədər güclü nüfuza malik olan tanınmış bir brend olduğu üçün ITV-də işləməyi sevirəm, belə ki, təhsilimi bitirdikdən sonra tamştat iş axtaranda CV-imdə olması çox möhtəşəm olacaq". 

ITV-nin İşgüzar Xidmət Mərkəzinin İcraçı Koordinatoru Tina Payper tələbə haqqında aşağıdakıları deyib: "Gənc mütəxəssisimizin altı həftəlik istehsalat təcrübəsi nəticəsində bilik, bacarıq və əminliyini inkişaf etdirməsini və komandamızın dəyərli bir üzvünə asanlıqla çevrilməsini müşahidə etmək çox xoşdur". O, daha sonra "Təhsilini başa vurduqdan sonra yenidən bizə qoşulmasına çox sevinərik", deyə əlavə edib.

Solford Şəhər Kolleci tələbələri sənaye ilə əlaqələndirməyin onları təhsillərinə diqqət yetirməyə və karyeraları üçün hazırlaşmağa cəsarətləndirdiyini aşkar edib.  

Solford Şəhər Kollecində təklif edilən "Karyera üçün hazır" kursları haqqında daha çox məlumat əldə etmək üçün buranı klikləyin.