Sizi "Peşə təhsili üzrə mübadilə" jurnalının fevral nömrəsində salamlayırıq. 

Bu aylıq buraxılışda biz tələbələrin ehtiyaclarının qarşılanması məsələsinə diqqət yetirəcəyik.Peşə məktəb və kollecləri tələbələrin tədris və təlim ehtiyaclarını bir çox yollarla qarşılaya bilər.Buraya bütün tələbələri iş həyatı üçün hazırlayan kurslar təklif etmək və ya daha spesifik tədris ehtiyaclarına malik olan tələbələr üçün kurslar təşkil etmək və şərait yaratmaq daxil ola bilər. 

İnklüziv təhsil bütün tələbələrin yerli məktəblərdə yaşlarına uyğun, mütəmadi xarakterli siniflərə daxil olması və qəbul edilməsi, eyni zamanda bu tələbələrin məktəb həyatının bütün aspektlərində öyrənməsinin, iştirak etməsinin və töhfə verməsinin dəstəklənməsi deməkdir. İnklüziv təhsil məktəblərimizi, siniflərimizi, proqramlarımızı və fəaliyyətlərimizi bütün tələbələrin birlikdə öyrənəcəyi və iştirak edə biləcəyi şəkildə formalaşdırmaq və planlaşdırmaqla əlaqədardır.

"British Council" inklüziv təhsilin tərəfdarıdır və indiyə qədər təhsilə inklüziv yanaşmanı təbliğ edən çox sayda konfrans və təşəbbüsü dəstəkləyib. 

Tələbələrinizin ehtiyaclarını qarşılamaqda sizə kömək edəcək nümunələri, təlimatı və əsas məsləhətləri oxuyun.