Sinifdə rəqəmli texnologiyalardan istifadə etmək

Birləşmiş Krallığın təhsil sektorunda rəqəmli texnologiyaların dəstəklənməsi istiqamətində fəaliyyət göstərən Jisc təşkilatı müxtəlif müəssisələrin təhsil və tədris proseslərini genişləndirməyə kömək etmək məqsədilə texnologiyanı öz tədris planlarına inteqrasiya etdirdikləri yolları araşdıran təcrübə üzrə nümunələrdən ibarət portfel təşkil edib.

Biz Reading kolleci timsalında xüsusilə bir misala nəzər salaraq sinifdə rəqəmli texnologiyalardan öz xeyrinizə istifadə etməyinizlə əlaqədar çox faydalı əsas məsləhətlər hazırlamışıq.

  • Öz texnologiyalarınızı tələbələrinizin texnologiyalarına uyğunlaşdırın - Tələbələrin texnologiyaları qəbul etməsinə nail olmaq üçün onların sinifdən kənarda texnologiyadan istifadə etmə formalarına uyğunlaşmaq lazımdır. Onlar Google Chrome-dan istifadə edirmi? O zaman siz də Google Chrome-dan istifadə edin. Bu, sinifdə daha az problemin meydana çıxması və inteqrasiyaya daha asan nail olmaqla nəticələnə bilər.
  • Tələbələrin texnologiyaya sahib olmasına şərait yaradın - mövcud kontentləri Cloud-a köçürün. Bu, tələbələrin ideya və resursları bir-biri ilə daha asan paylaşmasına, istənilən vaxt, istənilən yerdə, istənilən cihaz vasitəsilə öyrənmə və paylaşma imkanına sahib olmasına - öz işlərinə daha çox hakim olmasına imkan verə bilər.
  • Müəllimlərinizin özünə inam səviyyəsini və bacarıqlarını inkişaf etdirin - Onlayn şəkildə, eləcə də üzbəüz və mentorluq şəklində təşkil edilən Davamlı Peşəkar İnkişaf çox vacibdir. Reading kolleci davamlılığı təmin etmək məqsədilə öz Davamlı Peşəkar İnkişaf proqramını işçilərin qiymətləndirilməsi ilə əlaqələndirib.
  • İşçilərinizi texnologiya ilə əlaqədar ən son məlumatlarla təmin edin - "Onların da tələbələr kimi fərdiləşdirilmiş təcrübə keçə bilməsi üçün işçilərə texnologiyanın modelləşdirilməsi, qısa sessiyalar, onlayn Davamlı Peşəkar İnkişaf proqramları, açıq dərslər və texnologiya mentorluğu təklif edilməlidir", - Reading kollecinin Tədris və İnkişaf üzrə meneceri Hannah Tyreman.
  • Müxtəlif kommunikasiya və paylaşma üsulları təklif edin - Hazırda Reading kollecinin əməkdaşları və tələbələri bir-biri ilə əlaqə saxlamaq, informasiya və resurs paylaşmaq, tapşırıq göndərmək və tələbələr üçün summativ əks-əlaqələri təmin etmək üçün Gmail, Google Classrooms, Google Hangouts, Google Plus və Google Docs-dan istifadə edir.
  • Gələcəyin texnologiyasından indi istifadə edin - Google Glass-ın xüsusən sanitexnika və iaşə kimi peşə sahələrində tələbələrin əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi baxımından olduqca qiymətli olması faktı öz təsdiqini tapmışdır. Tələbələr əldə etdikləri nəticələrin sübutu olan materialları əks olunması və qiymətləndirilməsi üçün öz tədris sahələrinə yükləyirlər.
  • Öz cihazınızı gətirin - İşçilər Google Classroom-da resurslarını tələbələrlə paylaşmalarına, qiymətləndirmə nəticələrini idarə etmələrinə, eləcə də tələbələri vaxtlı-vaxtında formativ Tələbə rəyləri təmin etmələrinə imkan verən platforma tapmağa nail olublar. "Avtomatik elektron poçt xəbərdarlıqları tələbələrin göndərilən materiallarla əlaqədar vaxtında məlumatlandırılmasını təmin edir və həm Android, həm də Apple sistemləri tərəfindən dəstəklənən aplikasiya bu imkandan bütün növ cihazlar vasitəsilə istifadə etməyi asanlaşdırır", - Reading kollecinin Tədris Texnologiyaları üzrə meneceri Ceyms Kift.
  • Müraciət imkanı olmayanlar üçün tədris sahəsi təşkil edin - Öz cihazları olmayanlar və ya onları məktəbə gətirə bilməyənlər üçün  müraciət imkanı təşkil edin. Ridinq kollecində tədris sahəsi ilə yanaşı ehtiyac olduqda borc verilə biləcək laptop və iPad-lər mövcuddur.

Tədrislə əlaqədar bu yeni yanaşmanın nə kimi fərqli xüsusiyyəti var? 

Reading kolleci hesab edir ki, "cloud" əsaslı tədris prosesinə keçid aşağıdakılara nail olmaqla transformativ dəyişiklik yarada bilib:  

  • Doğulduğu gündən rəqəmli texnologiyalara alışmış nəslin üstünlük verdiyi tədris üsullarından istifadə etmək 
  • Tələbələrə öz tədris proseslərinə daha çox hakim olmaq səlahiyyəti vermək 
  • Tələbələrin bir-biri ilə, eləcə də müəllimlər və işə götürənlərlə qarşılıqlı əlaqə yaratmaq və paylaşmaq üsullarına dəyişiklik etmək 
  • Tələbələrə sinifdən kənarda da istənilən cihaz vasitəsilə işlərinə müraciət etmək imkanı vermək  
  • Kollektiv tədris və qiymətləndirmə prosesini sadələşdirmək  
  • Daha çevik əks-əlaqə və dəstək vasitəsilə tələbələrin müvəffəqiyyətlərini təkmilləşdirmək