Təqdim edilir: Bacarıqlar üzrə mütəxəssis

Bizim Peşə Təhsili jurnalımız yarım ildən artıq müddətdir dərc olunmaqdadır (hər hansı kontenti qaçırıb-qaçırmadığınızı yoxlayın). İndi siz oxuyucularla əlaqə yaratmaq, cari vəziyyətinizi və qarşılaşdığınız çətinlikləri araşdırmaq və sizə işinizə tətbiq edə biləcəyiniz birbaşa məsləhətlər təklif etmək sahəsində daha çox iş görmək istəyirik.

Gələn ay yeni, növbəti məqalənin təqdimatına şahid olacaqsınız: Bacarıqlar üzrə mütəxəssis 

Bu platformada peşə-ixtisas təhsili və əlaqədar bacarıqların müxtəlif aspektləri haqqında suallarınızı verə bilərsiniz və sənaye üzrə mütəxəssis sizin üçün faydalı tövsiyyə və həllər təmin etmək üçün əllərindən gələni edəcək.

Bacarıqlar üzrə mütəxəssis nədir?

Bu, çox sadədir: Hər ay müxtəlif bacarıq mütəxəssisləri seçilmiş oxucu suallarına cavab verərək çətinliklərin öhdəsindən gəlmək və gənclərin bacarıq və işə düzəlmə imkanlarının təkmilləşdirilməsinə kömək etməklə əlaqədar tövsiyyə və məsləhətlər təmin edəcək.  

Necə sual verə bilərəm?

Suallarınızı burada verə bilərsiniz.

Hər ay redaksiya şurası gələcək nömrədə bacarıqlar üzrə mütəxəssis tərəfindən cavablandırılmaq üçün bir neçə sual seçəcək. Sualınızın cavabını qaçırmamaq üçün aylıq informasiya bülleteninə abunə olun.

 Yanvar ayında Qrinviç Universitetinin (University of Greenwich) mütəxəssisi Treysi Partirc tələbələrin xüsusi tədris ehtiyaclarını qarşılamaqla əlaqədar suallarınıza cavab verəcək. 

Suallarınızı göndərin!