Dinamik bazarın tələblərinə cavab vermək

Leeds City Kollecinin dinamik yerli bazarın tələblərinə cavab verə bilmək üçün tədris planlaşdırmasından necə istifadə etdiyini öyrənin. Tədris planlaşdırması prosesi üçün Yerli Bazar Araşdırmasının (Local Market İntelligence) əhəmiyyəti və prosesi dəstəkləmək üçün istifadə edilən innovativ vasitələr və metodlar haqqında anlayış əldə edə biləcəksiniz. 

Bu broşurada hazırkı və gələcək bazar tələblərinə cavab verən elastik və həssas tədris planının yaradılmasını dəstəkləmək və onunla əlaqədar informasiya təmin etmək üçün Əmək Bazarının Araşdırılması üsulundan istifadə ilə əlaqədar kollecin yanaşmasını şərh edilir.  

Broşurada tədris planının yenilənməsinə kollecin yanaşmasını nümayiş etdirən misallar mövcuddur. Broşurada tapa biləcəklərinizin qısa xülasəsi aşağıda verilib:

Layihə ilə əlaqədar qısa giriş və tədris planlaması ilə əlaqədar çıxarış Misala tam şəkildə baxmaq üçün bu linkə müraciət edin.

Kollec və uzaqgörənlik

40,000 tələbə və 1,300 nəfərdən artıq işçi heyətə malik olanLeeds City College ölkənin ən böyük sonrakı təhsil kolleclərindən biridir. Bu cür böyük bir kollecin bu cür dinamik regionda müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün böyük strateji uzaqgörənliyə ehtiyac var və odur ki, Collin Booth 2015-ci ilin oktyabr ayında kollecin rəhbəri təyin edildiyi vaxtdan bəri buna nail olmağa çalışmaqdadır. Kollec Təhsil Standartları İdarəsi (OFSTED) tərəfindən "Tələbələrin əyləncə, inkişaf və müvəffəqiyətinə gətirib çıxaran standartları qaldırmaq üçün mədəniyyət dəyişikliyi proqramı" adlandırılan və aşağıdakı öhdəlikləri əhatə edən beş illik strateji plan hazırlayıb:

  • Fərdiləşdirilmiş tədris vasitəsilə mükəmməl tədris təmin etməklə tələbələri müvəffəqiyyət qazanmağa həvəsləndirmək
  • Bütün peşə-ixtisas xarakterli və iş əsaslı tədris imkanlarının aparıcı təminatçısı kimi nüfuzumuzu artırmaqla effektiv əməkdaşlıq əlaqələri yaratmaq
  • Yerli və regional bacarıq ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuş məhsul və xidmətlər təmin etmək
  • Təhsil prioritetlərini dəstəkləmək məqsədilə kommersiya imkanlarının axtarılması üçün  

innovativ həllər tətbiq etmək

Tədris planlaması

Analitikin ən aydın aplikasiyalarından biri tədris planlaması ilə əlaqədardır, belə ki, bu vasitə tədris planlaması funksiyasına malikdir. Kollec verilənlərdən gələcəkdə həyata keçiriləcək büdcə ixtisarları kontekstində öz cari tədris planı təklifini işlər, açılışlar və planlaşdırılan dəyişikliklər əsasında təhlil etmək üçün istifadə edir. Bu, harada uyğunluq və boşluqların olduğunu və tədris planını bazarda bacarıqlarla əlaqədar hazırda mövcud olan və gələcəkdə mövcud olacaq tələblərə daha yaxşı uyğunlaşdırmaq üçün kollecin hansı istiqamətə diqqət yetirməli olduğunu anlamağa kömək edəcək.

Bütövlükdə misal peşə-ixtisas təhsili ilə əlaqədar bir çox başqa mövzuları da əhatə edir:   

  • Regional səviyyədə bacarıq ehtiyaclarının anlaşılması, 
  • Biznesin planlaşdırılması və tender təklifinin hazırlanması, 
  • İşə götürənin cəlb edilməsi, 
  • İş üzrə təcrübə proqramı 
  • Marketinq və toplama.