Teach Too: Riyaziyyat fənni üzrə tədris planının yenilənməsi

Craven kolleci aviasiya şirkəti Swissport MMC ilə işinə əsaslanan mükəmməl örnək təmin edib. "Eyni zamanda öyrədin" layihəsi praktika səviyyəsində işə götürənlər və təminatşılar arasında peşə-ixtisas təhsilinin və təlim proqramlarının birgə hazırlanması, çatdırılması və qiymətləndirilməsi sahəsində əməkdaşlıq fəaliyyətinin müxtəlif modellərini araşdırmaq və qiymətləndirmək məqsədi daşıyır.

Bu nümunə barədə izahlı məlumatı aşağıdan əldə edə bilərsiniz, ancaq onun bir hissəsi burada təqdim olunub:

"Eyni zamanda öyrədin" layihəsi istehsalatda çalışan insanları tədris planının inkişaf etdirilməsi prosesində işlərini öyrətmək, müəllim və təlimatçıların istehsalat təcrübələrini yeniləməsini dəstəkləmək, eyni zamanda işə götürən və təminatşılar arasında əsl əməkdaşlıq addımları planlaşdırmağa kömək etmək üçün vaxt sərf etməyə həvəsləndirir. "Eyni zamanda öyrədin" inkişaf proqramı çərçivəsində Craven kolleci ilə əlaqədar layihə tələbələrin riyaziyyatın əhəmiyyətini anlamasını təmin etməli və onları istehsalat üçün tələb olunan bacarıqları inkişaf etdirməyə həvəsləndirməli idi. Tədris planı heyəti və Swissport MMC-nin əməkdaşları birlikdə çalışaraq təyyarə yüklərinə nəzarətlə əlaqədar işə əsaslanmaqla riyaziyyat bacarıqları inkişaf etdirmək məqsədilə birgə tədris proqramı yaradıb.

Layihənin məqsədləri aşağıdakılardır:

  • Peşə təhsili kontekstinə uyğun riyaziyyat materialları hazırlamaq üçün işə götürənlərlə işləmək və şirkətdaxili təlimləri genişləndirmək məqsədilə işə götürənlərin pedaqoji bacarıqlarını inkişaf etdirmək 
  • Aviasiya tələbələrində işə düzəlmək üçün lazım olan peşə təhsili kontekstinə uyğun riyaziyyat bacarıqlarını formalaşdırmaq
  • Tələbələr üçün aviasiya sahəsində mümkün karyera və işə düzəlmə imkanlarına birbaşa baxış imkanını genişləndirmək
  • Kollecin aviasiya bölməsi və riyaziyyat departamenti daxilində ""Eyni zamanda öyrədin"" mədəniyyətini daha çox yaymaq

Nümunə bütünlükdə layihənin tam təsvirini, layihə nəticəsində meydana çıxan müsbət təsirləri və müəssisə və işə götürənin hər ikisinin başa düşə biləcəyi əsas tədris məsələlərini əhatə edir.

Həmçinin "Eyni zamanda öyrədin" layihəsinə cəlb edilmiş pedaqoq və işə götürənlərin layihənin faydaları və çətinlikləri ilə əlaqədar müzakirələrini dinləyə biləcəyiniz aşağıdakı qısa videonu da izləyə bilərsiniz.