Exeter kollecinin (Exeter College) media departamenti və Milli Səhiyyə Xidməti yeni tədris planı modeli yaratmaq üçün əməkdaşlıq edib. Qarşıya qoyulmuş məsələ eyni zamanda Milli Səhiyyə Xidmətinin biznes tələblərinə cavab verməklə istehsalat prosesinə uyğun tədris təcrübəsi təmin edən model yaratmaqdan ibarət idi.

Aşağıdakılarla maraqlandığınız halda bu tədris planı xüsusilə münasibdir: 

  • Tədris planının yaradılması 
  • Media təhsili 
  • İşə düzəlmə imkanı 
  • İctimai yayım 
  • Təhsil və biznes əməkdaşlığı

Misal vasitəsilə cavab tapmağı gözləyə biləcəyiniz sualların qısa xülasəsi:

Layihə hansı işləri və nə üçün görməlidir?

Layihə tədris planını tələbələrin müştərilərə kommersiya əsaslı peşəkar xidmətlər göstərməklə istehsalat kontekstində təhsil alması üçün imkanlar yaratmağa uyğunlaşdırmaqla əlaqədar çətinlikləri araşdırmaq məqsədi daşıyır.

Layihə xüsusilə aşağıdakı çərinlikləri əhatə edir: 

  • Kommersiya layihəsinin idarə edilməsi prosesində müəllimin rolunun anlaşılması; 
  • Tələbələri peşəkar mühitə yerləşdirmək və onların müvəffəqiyyətli tədris təcrübəsinə malik olmasını, eyni zamanda müştəriyə yüksək keyfiyyətli xidmətin göstərilməsini təmin etmək; 
  • Tələbələrin gözləntiləri ilə müştərinin tələbləri arasında balans yaratmaq; 
  • İstehsalat layihələrinin tələbləri və akkreditə olunmuş media kvalifikasiyalarının qiymətləndirmə tələbləri arasında bərabərliyin təmin edilməsi.

Layihə çərçivəsində indiyə qədər nə əldə edilib?

Tələbə, müəllim və müştərilərdən toplanılan rəylər qiymətləndirilir və onlar əsasında tövsiyyələr və tədris məqsədləri inkişaf etdirilir. Layihənin aşağıdakılara təsiri müşahidə olunur: 

  • Tələbələrdən real iş vasitəsilə öyrənməyin üstünlükləri haqqında müsbət rəylərin alınması; 
  • Layihə nəticəsində əldə edilən bir sıra yeni nailiyyətlərdən xəbər verən tövsiyyələr və əsas tədris məqsədləri (növbəti bölmədə təsvir edilib).

Layihə çərçivəsində hələ görülməli olan işlər hansılardır?

Layihə aşağıdakılar daxil olmaqla bir sıra mühüm yeni nailiyyətlərin əldə edilməsi ilə nəticələnib:

  • Tələbələrin bir sıra kənar müştərilər üçün istehsalat komandalarında işləmək imkanına malik olacağı Media Akademiyası ilə əlaqədar kollecin nəzərə aldığı təklif;
  • Plymouth Universiteti ilə əməkdaşlıq şəraitində 4-cü və 5-ci səviyyədən olan tələbələr üçün oxşar modelin yaradılması məqsədilə ayrılmış 10,000 £ məbləğli qrant əsasında uğurla hazırlanmış aplikasiya;
  • Tam hesabatda əlavə bir çox məhsul mövcuddur.

Əsas tədris məqsədləri

Bu təcrübə nümunəsi üzrə bir çox qeyd olunacaq məqamlar üzə çıxardılmışdır. Burada əsas öyrəndici məqamlar qeyd edilmişdir. İzahlı məlumatı tam hesabatdan əldə etmək olar:

  • Tələbələrin ideya yaratmaqla əlaqədar köməyə ehtiyacı ola bilər. Onlar çox zaman kommersiya məsələlərini gündəlik məsələr kimi qəbul edir və bu məsələr haqqında innovativ şəkildə - ideyanın qəbul edildiyi kimi olmasa da, yaradıldığı kimi - düşünmək üçün köməyə ehtiyacları var.
  • Bəzi tələbələr yalnız işləri birbaşa qiymətləndirmə nəticələri ilə əlaqələndirildiyi halda həvəsləndirilə bilirlər. Başqaları qiymətləndirmə nəticələri ilə əlaqələndirilməmiş işləri məmnuniyyətlə öhdəsinə götürdüyü halda bütün tələbələr iş əsaslı tapşırıqlarının təsdiqlənməsinə dəyər verir.
  • Media məhsullarının yaradılması üzrə layihələrin ətrafında strukturlaşdırılmış bu tədris forması müəllim üçün yeni rol təyin edir və tələbələrin öyrənmə ehtiyaclarına nəzarət etmək və müştərinin kommersiya xarakterli gözləntilərinə cavab vermək kimi ikiqat rola malik olan işçiləri dəstəkləyir. Bu, yaxın əlaqə və danışıqlar tələb edən həyəcanlı bir sahədir. Eyni zamanda bəzən, xüsusən də müəllimin rolu ilə müştərinin ehtiyacları arasında ziddiyyət yarandıqda olduqca tələbkar və çətinlikləri olan bir sahədir.

Tədris planının yaradılması ilə əlaqədar nümunə bütövlükdə öz tədris planınızın yenidən hazırlanması zamanı yararlı ola biləcək Tələbə Rəylərinin xülasəsini və qısa kurs sxemini də əhatə edir.

Əlaqəli linklar