Rəqəmli istehsalata yol tapmaq

Leeds City Kolleci rəqəmli istehsalatın meydana çıxan ehtiyaclarına cavab vermək üçün yeni kurs yaradır.

Mobil aplikasiyalar və oyunlar sahəsində 3-cü səviyyə diplomu (The Level 3 Diploma in Mobile Apps and Games) Yorkshire regionunda mobil texnologiyaları stolüstü aplikasiyaların yaradılması ilə əlaqələndirən ilk təhsil səviyyəsidir. Kurs biznes, əyləncə və hesablama sahələrində mobil aplikasiyaların istifadəsinin sürətli artımı nəticəsində texnologiya mütəxəssisləri ilə əlaqədar meydana çıxan tələbatı ödəmək üçün yaradılıb.

O, eyni zamanda stolüstü aplikasiyalar və mobil texnologiyalar layihələndirib yaratmaqla tələbələrə getdikcə inkişaf etməkdə olan aplikasiya və oyunlar sahəsini araşdırmaq imkanını verir. Kurs müasir aplikasiyaların yaradılması, qrafikaların idarə edilməsi, rəqəmli marketinq və bizneslər üçün istifadəçi interfeyslərinin kodlaşdırılması və layihələndirilməsi ilə əlaqədar məlumatlılıq və bacarıqları artıracaq.

Kursun müxtəlif hissələri tələbələrin mobil və stolüstü aplikasiyaları layihələndirib yaratmaq üçün müxtəlif proqram təminatı vasitələrindən istifadə etməklə əlaqədar məlumatlılıq və bacarıqlar formalaşdırmasına gətirib çıxaracaq. 

Bu hissələrdən bəziləri aşağıda verilib:

  • Media təqdimatları
  • Yaradıcı media sənayesində çalışmaq
  • Rəqəmli media bacarıqları
  • İstehsalata hazırlıq portfeli
  • Mütəxəssisin predmetinin araşdırılması
  • Media kampaniyaları
  • Komissiyaya reaksiya vermək
  • Aplikasiyaların yaradılması
  • Veb-saytların yaradılması
  • Rəqəmli oyunların yaradılması 

Kursun yalnız sizin üçün açıq olan hissələrini oxuya bilərsiniz (ingilis dilində).

Leeds City Kollecinin vizual və rəqəmli incəsənət üzrə tədris planı rəhbərləri Arif Yunus və Tim Belmfort bildirib: 

"Gündəlik həyatımızda gördüyümüz hər bir işin mobil aplikasiyalar vasitəsilə modelləşdirilə bildiyi bir dövrdə bu faktı şərh edən və tələbələri yaradıcı media sənayesi haqqında düzgün biliklər və daim böyüməkdə olan bu sektorda inkişaf etmələrinə imkan verəcək əsas bacarıqlarla təmin edən kurs təşkil etmək istədik".

"Kurs buna nail olmaq və tələbələrin istehsalat sahəsində karyera qurmasını təmin etmək məqsədilə düzgün yaradıcılıq balansı ilə texniki hesablamanı birləşdirir".