Tələbələrin bacarıqlarını müsabiqələr vasitəsilə qiymətləndi

Tələbələr bacarıqlarını qeyd etməyin bir yolu kimi yarışlarda iştirak edə bilərlər. Dünya Bacarıq Yarışları (WorldSkills Competitions) şagirdləri və gəncləri təhsil prosesində və təcrübə axtarışında ambisiyalı olmağa həvəsləndirir. Bu ay Bacarıq Şousunun bir hissəsi kimi Birminhemdə baş tutmuş 2016 Birləşmiş Krallıq Milli Dünya Bacarıq Yarışlarının fotoşəkillərindən ibarət kolleksiya hazırlamışıq.  Birləşmiş Krallıq Milli Dünya Bacarıq Yarışlarının baş icraçı direktoru doktor Nil Bentli qeyd edib ki, bu gənclər:  "ailələri, dostları və həmkarları tərəfindən, eyni zamanda da bizim tərəfimizdən yüksək qiymətləndiriləcəklər – onlar bizim gələcəyimiz və gələcək nəsli bacarıqlarını və istedadlarını karyeraya çevirməyə ruhlandıracaq örnəklərdir". 

Bənnalıqdan gözəllik terapiyasına qədər müxtəlif sahələr üzrə tələbələrin bacarıqlarının qeyd edildiyi beş fotoşəkli nəzərinizə çatdırırıq. Ümid edirik ki, razılaşacaqsınız: çox istedadlı gənclərdir!  

Əgər tələbələrinizin bacarıqlarının qeyd edildiyi və oxucularımızla paylaşmaq istədiyiniz fotoşəkillər varsa, zəhmət olmasa, VEE@britishcouncil.org ünvanına göndərin (Hər hansı fotoşəkli dərc etməzdən əvvəl razılıq almaq üçün əlaqə saxlayacağıq).