Are you a school, university or college?

Azərbaycanın turizm və otelçilik xidmətləri üzrə proqramlar tədris olunan peşə təhsili müəssisələrində şagirdlərin öyrəndiyi bacarıqlar heç də həmişə turizm sahəsində mövcud olan iş tələblərinə uyğun gəlmir. Turizm Azərbaycan iqtisadiyyatının mühüm sektorlarından biri olduğu üçün bu, ciddi problemdir. Bu bazarın inkişaf etməsi üçün dövlət orqanları sənayenin müvafiq bacarıqlara və təhsilə sahib olan gənclərə ehtiyacı olması ilə əlaqədar işəgötürənlərin tövsiyələrini nəzərə almalıdır.  

British Council və Azərbaycan Respublikası Təhsil Nazirliyi Birləşmiş Krallığın "People 1st" təşkilatı ilə əməkdaşlıqda  müəllimləri təlimatlandıraraq və tədris materiallarını inkişaf etdirərək aidiyyatlı sahə üzrə iş üzrə təcrübə proqramının yaradılmasına nail olmuşdur. Proqramın məqsədi turizm sənayesinin işçi qüvvəsinə olan ehtiyaclarını ödəmək məqsədilə şagirdləri turizm və otel xidmətləri üzrə ilkin peşə-ixtisas təhsili ilə təmin etməkdən ibarətdir.

İndiyə qədər bu proqrama cəlb edilmiş şagirdlərin 80 faizi yüksək reytinqli otellərə işə götürülmək üçün tələb olunan bacarıqları əldə etməyə nail olub. Bu müsbət nəticəyə əsaslanaraq People 1st aidiyyatlı sahə üzrə üç yeni ixtisasın yaradılması işinə cəlb edilib. Hazırda proqramın Bakıda və Bakıdan kənarda yerləşən ilkin-peşə-ixtisas təhsili məktəblərində və yüksək reytinqli otellərdə də tətbiq edilməsi planlaşdırılır. Proqram haqqında ətraflı məlumat əldə edin. 

Bu layihə British Council tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin ilkin peşə-ixtisas təhsili sahəsində, xüsusilə də, işəgötürənlərin cəlb edilməsi və birgə tədris planının hazırlanması ilə əlaqədar həyata keçirdiyi islahatların dəstəklənməsi işinin bir hissəsini təşkil edir.