"Peşə təhsili üzrə mübadilə" jurnalının əsas nailiyyətləri

"Peşə təhsili üzrə mübadilə" jurnalı aprel ayında dərc edilməyə başladığı vaxtdan indiyə qədər Qərbi Balkan və Mərkəzi Qafqazın səkkiz ölkəsində dərc edilib və jurnala 100 000 dəfədən artıq baş çəkilib. O, hazırda, demək olar ki, 150 000 peşə-ixtisas və bacarıq müəllimləri və rəhbərləri üçün doqquz müxtəlif dildə dərc edilir. 

Bu jurnal vasitəsi ilə oxucularımız Birləşmiş Krallığın sahə üzrə ideya və materiallarından istifadə etmək imkanına və öz perspektivlərini paylaşmaq üçün platformaya sahib olurlar. Ümid edirik ki, gələn pilot ili ərzində dünyanın hər yerində peşə təhsili sahəsində fəaliyyət göstərən hər kəs bu imkana sahib olacaq!

Əksər ölkələrdə ən populyar nömrə əsasən işədüzəlmə imkanları və əsas bacarıqlara diqqət yetirdiyimiz beşinci nömrə olub. Yalnız Kosovo və Serbiyada oxucular daha çox işəgötürənlərlə münasibətə həsr edilmiş üçüncü nömrə ilə maraqlanmışdı. 

Jurnalda Birləşmiş Krallıqdan olan 40-dan artıq əməkdaşın məqalələri dərc edilib və onlar arasında əsas məsləhətlər, misallar və ya yükləmək üçün nəzərdə tutulmuş faydalı resurslardan ibarət olanlar ən populyar məqalələr olub. 

Oxucularımız birlikdə çalışdıqları gənclərin karyera perspektivlərinə xüsusi diqqət yetirirlər.  Ən çox baxılan səhifələrimiz gənclərin iş yerləri üçün hazırlanması, onların əsas bacarıqlara yiyələnməsinin təmin edilməsi, Linked In şəbəkəsindən istifadə etmək və qlobal iş yerində müvəffəqiyyət qazanmaqla əlaqədar məsləhətlərin verilməsi məsələlərinin vurğulandığı məqalələrdir.

2016-cı ilə nəzər saldığımız və 2017-ci ili gözlədiyimiz bir vaxtda jurnalımızın əhatə dairəsini genişləndirdiyini və oxucularımız arasında sahə üzrə aydın təsəvvür formalaşdırdığını əminliklə deyə bilərik. Ümid edirik ki, dünyanın hər yerində sinif və emalatxanalarda istifadə ediləcək resurs və alətlər barədə məlumatı təmin etməyə nail olmuşuq. 

Yeni il yaxınlaşır və biz sizinlə daha çox məlumatı bölüşmək istəyirik. Yanvar ayında jurnalımızın sizin işinizə necə təsir göstərdiyini və bu fəaliyyətin daha da təkmilləşdirilməsi üçün sorğu təşkil edəcəyik. Eyni zamanda suallarınızı cavablandıra biləcək bacarıqlar üzrə mütəxəssisi sizə təqdim edəcəyik.

Ümid edirik ki, dekabr nömrəsini maraqla oxuyacaq və yeni ilinizi gözəl keçirəcəksiniz.