"Peşə təhsili üzrə mübadilə" jurnalı yarım ildən artıqdır ki, fəaliyyət göstərir. İndi sizinlə əlaqə yaratmaq, işiniz və qarşılaşdığınız çətinliklər haqqında daha çox məlumat əldə etmək və sizə işinizə tətbiq edə biləcəyiniz birbaşa məsləhətlər vermək istəyirik.

2017-ci ildə yeni funksiya: bacarıqlar üzrə mütəxəssis (Skills Doctor) təqdim edəcəyik. 

Burada peşə təhsili və bacarıqlarının müxtəlif aspektləri ilə əlaqədar suallar verə biləcəksiniz. 

Hər ay müxtəlif bacarıq mütəxəssisləri seçilmiş oxucu suallarına cavab verəcək. Sahə üzrə peşəkar çətinliklərin öhdəsindən gəlməklə əlaqədar məsləhət və tövsiyələr verəcək, gənclərin bacarıqlarını və işədüzəlmə imkanlarını inkişaf etdirməyə kömək edəcək.

Yanvar ayında Qrinviç Universitetinin (University of Greenwich) mütəxəssisi Tracey Partridge tələbələrin xüsusi tədris ehtiyaclarını qarşılamaqla əlaqədar suallarınıza cavab verəcək.

Sualınızın cavabını qaçırmamaq üçün aylıq informasiya bülleteninə abunə olun.