"Peşə təhsili üzrə mübadilə" jurnalının dekabr buraxılışına xoş gəldiniz.

2016-cı ilin sonuna yaxınlaşdığımızı və artıq yeni ilə qısa zaman qaldığını nəzərə alaraq düşünürük ki, bu ilə ümumilikdə nəzər salmaq çox yararlı olardı. 

Bu ay jurnalın nailiyyətlərinə nəzər salacağıq. İlk növbədə oxucularımızın və onların tələbələrinin nailiyyətlərini qeyd edəcəyik.Bu nömrəyə sizə və tələbələrinizə işinizi nəzərdən keçirmək, təkmilləşdirmək və qeyd etməyə kömək edəcək misallar, təlimatlar və əvəzedilməz məsləhətlər daxil edilib. Beləliklə görəcəyik ki, qeyd edəcəyimiz bir  çox nailiyyətlərimiz var!