Müasir peşə təhsili müəllimlərinə hansı bacarıqlar lazımdır?

Peşə təhsili müəllimləri və təlimatçıları uzun müddət "ikiqat peşəkarlar" hesab edilib, belə ki, onlardan iki tipli peşə bacarıqları  tələb edilir. İlk növbədə onlar tədris və təlim sahəsində, yəni pedaqoji istiqamət üzrə mütəxəssis olmalıdır. İkinci növbədə isə onlardan öz ixtisas sahələrində mütəxəssis olmaları tələb olunur. Bəs peşə təhsili müəllimlərinin digər - üçüncü bacarıqlara ehtiyacı varmı?

Peşə təhsili müəllimləri, "üçqat peşəkarlar" adlandırılmalıdırlarmı?

Müəllim və təlimatçılara peşəkar təcrübənin müasir və təkmilləşən olmasını təmin etmək və tarazlaşdırılmış ikiqat mənsubiyyət əldə etmək üçün davamlı peşəkar inkişaf lazımdır. Birinci pedaqoji yanaşma yeni formativ qiymətləndirmə yanaşmalarının, eləcə də tədrislə əlaqədar inklüziv yanaşmaların təmin edilməsi üçün texnologiyadan istifadə etməyin yeni üsullarının və ya birgə müşahidə vasitəsilə müvafiq təcrübənin öyrənilməsini əhatə edə bilər. İkinci yanaşma iş yerində ən son texnoloji yeniliklərdən istifadənin öyrənilməsini və ya məsələn, qloballaşma səbəbindən sahələrin üzləşdiyi yeni təzyiqlərin anlaşılmasını əhatə edə bilər.

Bu ikiqat aspektlərə dünyada müxtəlif kontekstlərdə cəlb edilmə, peşəkar inkişaf və karyera irəliləyişi vasitəsilə müxtəlif dərəcədə əhəmiyyət verilir. Bəzi ölkələrdə işə müvəffəqiyyətlə qəbul olmaq üçün həlledici iş yeri portfellərinə malik olan müəllimlər sənaye sahələrindən cəlb edilir, digər ölkələrdə isə əsas əhəmiyyət kəsb edən amil müəllimlik ixtisası üzrə sertifikatdır. "British Council"ın işlədiyi hər yerdə ikiqat peşəkarlıq tələbinin ödənilməsi təmin edilir.

Kollec həyatının müxtəlif təzyiqləri ilə üzləşərkən davamlı peşəkar inkişafa üstünlük vermə ilə əlaqədar müəllim və təlimatçılar müxtəlif çətinliklərlə qarşılaşır. Canet Hamilton Broadın 2013-cü ildə apardığı tədqiqatdan götürülmüş bu cədvəl İngiltərədəki müəllimlərin ixtisas sahələri ilə əlaqədar biliklərinin yeniləməsi yollarını əks etdirir.

Böyüklər üçün Peşə Təhsili və Təlimi Komissiyasının sənayenin standart avadanlıqları və resursları ilə əlaqədar 2013-cü ilə dair "İş haqqında" hesabatı peşə təhsili kurslarının yaradılması və təqdim edilməsi ilə bağlı aydın "iş təsəvvürünün" əldə edilməsinin əsas yollarından biri idi. Burada müəllimlərin iş yerində öyrənmək kimi ən az bacardıqları fəaliyyət tiplərindən daha çox fayda əldə etməli olduğu tövsiyə edilir. 

Birləşmiş Krallıqda bu yaxınlarda "üçqat peşəkarlıq" – tələbələrə öyrətdikləri bacarıqların yerli, milli və qlobal səviyyəli iş yerlərinin ehtiyaclarına uyğun olmasını təmin etmək məqsədilə müəllim və təlimatçıların tələb etdiyi üçüncü peşəkar təcrübə dəsti haqqında danışılmışdı. Təhsil İnstitutundan Enn Hocson aşağıdakılar daxil olmaqla bu təcrübə və keyfiyyətlər dəstini təsvir edib:

  • Ərazidəki bütün gənclər və böyüklər üçün etik baxımdan münasib olmaq
  • Kollecin cəmiyyət və yerli ərazi daxilindəki rolunun anlaşılması
  • Ehtiyacların müəyyən edilməsi və müsbət dəyişikliklərin əldə edilməsi məqsədilə cəmiyyəti, eləcə də yerli və regional ehtiyacları araşdırmaq qabiliyyəti
  • Çox agentli fəaliyyəti həyata keçirmək və başqa peşəkarlarla əməkdaşlıq etmək bacarığı
  • Siyasətin və onun peşə təhsili sisteminə tətbiq edilməsinin anlaşılması
  • Yüksək səviyyədə inkişaf etmiş kommunikasiya və insan bacarıqları.

"Peşə təhsili üzrə mübadilə" jurnalının bu nömrəsi müəllimlərin üçqat peşəkarlığın bütün aspektlərini inkişaf etdirməsini dəstələyə bilən müxtəlif peşəkar inkişaf fəaliyyəti tiplərini əks etdirən bir sıra misallardan təşkil olunub. 

Təcrübələrinizi bölüşün: Özünüzü ikiqat və ya üçqat peşəkar hesab edirsinizmi? Təcrübə əldə etməklə əlaqədar qarşılaşdığınız əsas çətinliklər hansılardır? Davamlı peşəkar inkişafın ən effektiv növlərinin hansılar olduğunu aşkar etmisiniz? VEE@britishcouncil.org ünvanına məktub göndərməklə bizə məlumat verin.