Qeyri-şifahi kommunikasiya barədə məsləhətlər

"Kommunikasiya insanlar arasındakı şifahi söhbətdən daha geniş anlayışdır. Kommunikasiya dünyanın sizinlə əlaqədar reaksiyasını necə anlamanızla və sizin dünya ilə əlaqədar reaksiyalarınızla əlaqədardır". 

Bizi əhatə edən dünya ilə əlaqələrimiz aşağıdakılar daxil olmaqla çox sayda hissəyə ayrıla bilər: özümüzlə, dostlarımız və ailəmizlə, fəaliyyətlərimizlə, məkan və anlarla əlaqələrimiz. Peşə təhsili kursunda təhsil vermək və ya idarəetmə iclası aparmaqdan söhbət getməsindən asılı olmayaraq istənilən sessiyanın idarə edilməsi zamanı sizin davranışınız başqalarının davranışlarına təsir edir.

Kommunikasiyanın yeddi faizi şifahi, 93 faizi isə qeyri-şifahidir. Qeyri-şifahi kommunikasiyanın 55 faizi bədən dili, 38 faizi isə səs tonudur. Bədənimizin ifadə etdikləri ətrafımızdakılara, xüsusən, təsir etmək istədiklərimizə çox böyük təsir göstərir. Bədəninizdən və ətrafınızdakı məkandan effektiv istifadə etməklə əlaqədar ideyalar aşağıda verilib.

Üz ifadələri

Auditoriyaya müraciət edərkən üzünüz özünüzə hörmətinizi artırmaq və ya özünəinam hissinizi azaltmaq gücünə malikdir. Əgər dinləyicinizlə göz təması qura bilmirsiniz və ya ifadələriniz sözlərinizə uyğun gəlmirsə, dinləyicilərinizi özünüzdən və çatdırmaq istədiyiniz informasiyadan uzaqlaşdıracaqsınız.

Təbəssümün çox böyük gücü var, hətta şəxsin gülümsədiyini görmədikdə də telefonla danışarkən onun gülümsədiyini, yaxud gözləri ilə gülümsəyərək bizə xoş hisslər bəxş etdiyini hiss edə bilirik. Dinləyicinin sizinlə əlaqədar müsbət təsəvvürə malik olmasını təmin etmək üçün əsas amil sadəcə başını yelləməsi və sizi dinlədiyi zaman gülümsəməsi ilə əldə edilə bilər. Dəhlizdə insanların yanından keçərkən təbəssüm sözlərdən daha vacib ola bilər. Bu kiçik addımlar insanların sizin fikrinizi qəbul etmə dərəcəsini dərhal təkmilləşdirəcək. 

Dəyişiklik istiqamətində addımlar:

1. Gülümsəmək

2. Göz təması Qrup daxilində otağın bütün sahələrindəki insanlarla əlaqə yaratmaq vacib məsələdir.

3. Başı yelləmək

"Səhnə markerlərinin" mövqelərinin təyin edilməsi

Həyatınızdakı mənfi təcrübələri xatırlayın. Onların baş verdiyi məkan haqqında düşünün. İndi isə həmin məkanı gördükdə özünüzü necə hiss etməyiniz haqqında düşünün. Heç də müsbət düşüncə deyil, elədir? Əgər pis xəbərlər verməlisinizsə və bu xəbərləri tədris etdiyiniz yerdə verirsinizsə, həmin yeri pis düşüncələrlə korlamaq riski ilə üzləşirsiniz, nəticədə tədris etdiyiniz insanlarda da mənfi hisslər yaranır. 

Qrupla əlaqə yaradarkən nə etdiyinizə və harada etdiyinizə diqqət yetirin, zarafat etmək istədikdə zarafat etmək üçün seçdiyiniz yerdə, ciddi olmaq istədikdə isə ciddi olmaq istədiyiniz zaman dayanacağınız yerdə olun. Mənim öz "baxış yerim" var, bu yerdən qaydaları möhkəmləndirmək lazım gəldikdə istifadə edirəm. Baxış yerim hər zaman divarın qarşısında və danışdığım yerdən uzaqda olur. Markerlər instinktiv olaraq qrupunuzu onların olmalarını istədiyiniz vəziyyətə gətirir və ziddiyyətli məlumatların qarşısını alır.

Dəyişiklik istiqamətində addımlar:

1. Fikrən döşəmə üzərində işarələr çəkin və ya döşəmə üzərində işarələr çəkmək üçün markerlərdən istifadə edin.

2. İşarələnmiş yerlərdə emosiya və ya məlumatları qarışdırmayın, məsələn, ciddi yer kimi işarə etdiyiniz yerdə zarafat etməyin.

3. Hər zaman işarələnmiş yerlərdən istifadə edin və dialoqlar zamanı onlar üzərində işləməyin.

4. (Təkbətək vəziyyətdə) dinləyicinin danışanın yanında oturması, ya da diz çökməsi –insanlarla danışmaqla insanlara danışmaq arasındakı fərq bundan ibarətdir. Yaxınlıq.

Əllər 

Müəllimlər, köməkçilər və spikerlərin danışan zaman əllərindən istifadə etmək vərdişləri var və bu, mənalı şəkildə edildikdə çox gözəldir. Hər bir hərəkət nəyisə ifadə etməlidir, əks halda hər bir hərəkət sözlərinizlə ziddiyyət təşkil edərək, eyni zamanda auditoriyanın diqqətini demək istədiklərinizdən yayındıraraq, xüsusən, qrupdakı əyani tələbələr üçün problem yaradacaq. 

Dəyişiklik istiqamətində addımlar: 

1. Sessiyanı apararkən özünüzü lentə alın.

2. Lent yazısını izləyin.

3. Özünüzdən əl hərəkətlərinizin sözlərinizi dəstəkləyib-dəstəkləmədiyini soruşun.

4. Bunun əvəzinə nə edə biləcəyinizi düşünün (nə isə varsa).

Bədənimizi idarə etməyimiz yaratdığımız mühit, məqsədlərimizə çatmaq yollarımız və qurduğumuz əlaqələr baxımından mühüm əhəmiyyətə malikdir.  İşinizi daha yüksək səviyyəyə çatdırmaq üçün kommunikasiyanın 55 faizini təşkil edən bədən dilinə üstünlük verin.

Kevin Corc 

Kevin Corc insan fəaliyyətləri üzrə məsləhətçidir. Onun fəaliyyəti davranışlar tərəfindən dəstəklənən inkişafla (BDD) əlaqədardır. Kevin Premyer Liqa, British Council və Məsləhətçilər İnstitutu (Insitute of Consultants) kimi təşkilatlar adından müvəffəqiyyətlə proqramlar təqdim edib. Bütün dünyada ümumilikdə 50 000-dən artıq şəxs Kevinin davranışla əlaqədar proqramlarında iştirak edib.