Lüğət

Bu nömrədə istifadə edilmiş texniki terminlər haqqında daha ətraflı məlumat əldə edin.

Fəaliyyətin tədqiq edilməsi

Fəaliyyətin təhsil kontekstində mütəxəssis tərəfindən tədqiq edilməsi  mütəxəssisin nailiyyətləri üçün faydalı olan sualların yaranması və cavablandırılmasına əsaslanan davamlı peşəkar inkişaf formasıdır. Fəaliyyətin tədqiq edilməsi ilk növbədə müəllimlərin fəaliyyətlərində və ya tələbələrinin təhsillərində  təkmilləşdirmək istədikləri elementləri təyin etməsini əhatə edir. Bundan sonra bunu dəstəkləyən pedaqoji nəzəriyyələrin aydınlaşdırılması gəlir və tədqiqat suallarının formalaşdırılması üçün bu nəzəriyyələrdən istifadə edilir. Daha sonra müəllim müəyyən yanaşmanın təsirini əks etdirən məlumatları (məsələn, müəyyən yeni üsulla dərs alan tələbələrinin nailiyyətləri ilə əlaqədar məlumatlar) toplayıb təhlil etməklə bu tədqiqat suallarını cavablandırır. Cavablar onların cari peşə təcrübəsi haqqında məlumatları əks etdirir və başqaları ilə paylaşıla bilər.

Kouçinq

Mütəxəssis kouç və tələbəsi arasında birəbir ünsiyyətin olması tələbənin peşə nailiyyətlərini təkmilləşdirir. Kouçun öyrətdikləri tələbənin bacarıq və inkişafına uyğun olmalıdır. Əsas diqqət tələbələrə öz qərarlarını qəbul etmək və öz peşə standartları ilə əlaqədar mühakimə yürütmək bacarıqlarını inkişaf etdirmək imkanına verilir.

Öyrənmə icması

Müntəzəm şəkildə təhsilləri haqqında danışan və bir-birinin təhsil hədəflərini dəstəkləyən ümumi təhsil məqsədlərinə malik mütəxəssislər qrupu.  

Davamlı peşəkar inkişaf (DPİ) 

Peşəkarların işlərini müntəzəm şəkildə təkmilləşdirmək və yeniliklərlə ayaqlaşmaq məqsədilə istifadə etdiyi təhsil və təlim fəaliyyətləri. Peşə təhsili müəllimləri və təlimatçıları yaxşı təhsil təcrübəsi ilə əlaqədar təsəvvürlərini, öz sahələrini, yaxud da peşə biliklərini və bacarıqlarını təkmilləşdirmək və ya yeniləmək istəyə bilər.

Birgə praktikanın inkişafı (BPİ) 

Bilik və ya yaxşı təcrübələrin mütəxəssisdən tələbəyə ötürülməsi yerinə iki və ya daha artıq müəllim və ya kollecin bir-birindən öyrənmək və qarşılıqlı mənfəət əldə etmək məqsədilə əməkdaşlıq etdiyi davamlı peşəkar inkişaf forması. Bu əməkdaşlıq adətən yeni yanaşma yaratmaq məqsədilə qarşılıqlı ünsiyyətə əsaslanır və əsasən fəaliyyətin tədqiq edilməsi ilə dəstəklənir.

Mentorluq

Daha təcrübəli mentorla nisbətən az təcrübəli mentor arasındakı birəbir əlaqə. Mentorun vəzifəsi tələbələri onların peşəkar inkişafı, rifahı, eləcə də müəssisə və peşə mədəniyyətinə inteqrasiyası ilə əlaqədar məsləhət və təlimatlar vasitəsilə dəstəkləməkdən ibarətdir. 

Pedaqoji yanaşmalar

Təhsillə əlaqədar insanların dərketmə qabiliyyəti, inkişafı, davranışları və bacarıqlara yiyələnməsi ilə bağlı müxtəlif nəzəriyyələr vasitəsilə dəstəklənən, eyni zamanda tələbələrin ehtiyaclarına və müəllimin seçimlərinə uyğunlaşdırılan müxtəlif yanaşmalar.

Pedaqogika

Təhsil nəzəriyyəsi və təcrübəsi. Pedaqogika məxsusi olaraq uşaqlara təhsil verməklə əlaqədar nəzəriyyə və təcrübələri əhatə edir. Andraqogika isə böyüklərə təhsil verməklə əlaqədar nəzəriyyə və təcrübələri əhatə edir.

Əgər bu funksiyanı faydalı hesab edirsinizsə, VEE@britishcouncil.org ünvanına məktub yazmaqla bizə bildirin.