Ayın kolleci mükafatı

Məktəb və ya kollecinizin işi tanınmalı və qiymətləndirilməlidirmi? Daim seçilən müəllimlərlə işləyirsiniz? Tələbələriniz öyrənməyi sevirmi?

Yeni əlavə etdiyimiz funksiyamız çərçivəsində hər ay yeni bir peşə məktəbinin və ya kollecinin işini ayın kolleci mükafatı ilə qiymətləndirəcəyik. Qalib gələn müəssisələr işlərini paylaşmaq və beynəlxalq səviyyədə müəllimlər, rəhbərlər və siyasətçilər tərəfindən tanınmaq şansı əldə edəcək. 

Kollecinizin nə üçün qalib gəlməli olduğunu üç cümlə ilə izah edin. Tələbələrinizi təhsil üçün həvəsləndirirsinizmi? Müəllimləriniz komandada yaxşı işləyirmi? Tələbələriniz bir-birinə kömək edirmi? 

Müraciətlər məktəb və ya kollecin rəhbərliyi, müəllimləri, tələbələri və ya valideynləri tərəfindən edilə bilər.

Kollecinizin ayın kolleci mükafatını qazana biləcəyini düşünürsünüzsə VEE@britishcouncil.org vasitəsilə bizimlə əlaqə yaradaraq səbəbini bildirin.