Kouçinq mükəmməl tədrisi dəstəkləyir

Berton və Cənubi Derbişir Kolleci müşahidə prosesini daha effektiv prosesə çevirməyin yollarını araşdırırdı.  

Kollec buna nail olmaq üçün işçi heyətinin peşəkar qabiliyyətlərinin inkişaf etdirilməsi modeli kimi kouçinq və mentorluğun təsirlərini tədqiq edirdi. Kollec Birləşmiş Krallıqda dörd digər kollec və regional təlim şəbəkəsi ilə əməkdaşlıq şəraitində çox saylı keyslər üzrə araşdırmalar aparıb.  Bu araşdırmaların keçirilməsində məqsəd kollecin gözləntilərinə cavab verməyən müəllimlərə, həmçinin, görkəmli müəllimlərə kouçinqin necə dəstək verə biləcəyini öyrənmək idi.

Kollec yeni inkişaf prosesinin, eləcə də kouçinq və mentorluq vasitəsilə təklif edilən dəstəyin əməkdaşların fəaliyyətinə və öz vəzifələrindən duyduqları məmnuniyyətə müsbət təsir göstərdiyini aşkar edib. 

Rəqs üzrə Baza Dərəcəsi müəllimi kouçinq məsələsinə çox böyük həvəs göstərərək beş həftəlik proqramda iştirak etmək üçün seçilib. Müəllim ifadə etmə və araşdırma dövrləri ilə birlikdə iki intensiv kouçinq sessiyası keçib. Bu proses müəllimləri öz tədris fəaliyyətlərinin keyfiyyətinə, həmçinin öz şəxsi peşəkar inkişaflarına qarşı məsuliyyət hiss etməklərinə həvəsləndirib. "Dəyişikliklər daxilimdə baş verirdi. Sanki, gözlərim açılmışdı. Mənə kollecin hədəfinə nail olmaq üçün yerinə yetirməli olduğum işlərin siyahısı verilməmişdi. Əksinə, mən özümə müəyyən qədər vaxt ayırmalı olduğumu hiss edirdim!"

Baxmayaraq ki, Çiçester Kollecinin təcrübəsində müşahidəçilərin müşahidə prosesindən sonra rəy verməsi və kouçinqi həyata keçirməsi effektiv üsul hesab edilmişdi, Bertin və Cənubi Derbişir Kollecinin müəllimləri isə hesab edirdilər ki, bu rollar arasında konflikt var. Onlar aşkar etdilər ki, müşahidəçilər ənənəvi mədəniyyətə əsaslanan prosesdən ayrılaraq yeni inkişaf prosesinə keçid edərkən çətinliklə üzləşə bilərlər. Müəllimlərdən biri dedi: "Məncə, müşahidəçidən rəy bildirənə, eyni zamanda rəy bildirəndən kouçinq roluna doğru dəyişiklik yaxşı ola bilərdi, ancaq müşahidəçidən kouçinq roluna doğru dəyişiklik qəribə təcrübədir". 

Siz necə düşünürsünüz? Sizcə, müşahidəçi rolundan kouçinq roluna doğru dəyişmək asandırmı? Bu vəzifələr eyni prosesin tərkib hissələridir, yoxsa bir-birindən ayrı olmalıdırlar? VEE@britishcouncil.org ünvanına məktub göndərməklə nə düşündüyünüzü bildirin.