Uayt Adası Kolleci və Cənubi Afrikanın Mtata şəhərində yerləşən KSD Peşə Təhsili və Təlimi Kolleci 2016-cı ildə İşə Düzəlməyə Hazırlaşmaqla əlaqədar Bacarıqlar üzrə Qrant Mükafatına layiq görüldükdən sonra avqust ayında bizim beynəlxalq bacarıq tərəfdaşlığı proqramımıza qoşulub. Hələ bir il tamam olsa da, artıq yeni tədris proqramlarının, daha dünya görüşlü və ictimai əlaqələri daha güclü olan tələbələrin təqdim edilməsi kimi gözəl nəticələrin şahidi oluruq.

Beynəlxalq əməkdaşlığa başlamaq

Tərəfdaşlığa yönəlmək və bir-birimizin iş üslublarımıza öyrəşmək məqsədilə hər iki kollecin biznes təhsili alan tələbələri üçün başlanğıc xarakterli layihə hazırladıq.

Vayt Kollecinin biznes üzrə 3 illik təhsil haqqında diplomlarını almaq üçün çalışan tələbələri məhsul yaratmağı və bazar araşdırması anketi formalaşdırmağı əhatə edən marketinq tapşırığını yerinə yetirib. Mtatada biznes təhsili alan tələbələr eyni zamanda yerli sənət məhsullarını təbliğ edən Britaniyalı yaşıdları üçün də bazar araşdırması anketi hazırlayıb. Daha sonra tələbələr ideyalarını bölüşmək üçün Skype vasitəsilə əlaqə saxlayıb.

Beynəlxalq əməkdaşlığa bu cür başlamaq tələbələrimizin daha geniş dünyadan xəbərdar olmasını təmin etmək məqsədilə öz beynəlxalq strategiyamızı tətbiq etməyə başlamaq üçün ən yaxşı üsul idi. Hər iki kollecin biznes təhsili alan tələbələri yeni mədəniyyətlər haqqında məlumat əldə etmək və yeni potensial bazarlarla tanış olmaq imkanı əldə edib. Onlar eyni zamanda yaşıdları ilə virtual şəkildə görüşmək və əməkdaşlıq etmək imkanı əldə ediblər.

Tədris və təlimin təkmilləşdirilməsi 

KSD Peşə Təhsili və Təlimi Kollecindən olan tərəfdaşlarımız Vayt Kollecinə baş çəkib tələbələrlə görüşdükdən və Birləşmiş Krallıqda mövcud olan işə əsaslanan təlim haqqında məlumat əldə etdikdən sonra öz təhsil planlarını Birləşmiş Krallıqda şahid olduqları təhsil planlarına uyğunlaşdırmaq məqsədilə yeni tədris proqramları təqdim etmək istiqamətində çalışır. Tələbələr üçün bir günlük marketinq kursu keçirilib. Kollec eyni zamanda Vayt Kollecində istifadə etdiyimiz modelə oxşar modeldən istifadə etməklə kitabxanalarını təlim resursları mərkəzinə çevirməyə başlayıb.

Əlaqələrin gücləndirilməsi

Kollec mühitindən kənarda tərəfdaşların hər ikisi fəaliyyət və müvəffəqiyyətlərimizi yaymaqla ictimai əlaqələrini gücləndirir.

KSD Peşə Təhsili və Təlimi Kolleci Cənubi Afrikadakı ictimaiyyətləri ziyarətlər, iclaslar və virtual layihə platforması vasitəsilə tərəfdaşlıq prosesi haqqında məlumatlandırır. Onlar məktəblər, kilsələr, müəssisələr (işə əsaslanan təlim və iş əsaslı təqdimat proqramlarının bir hissəsi kimi) daxil olmaqla çox sayda təşkilatla, rayon bələdiyyələri və yerli bələdiyyələrlə, eləcə də ənənəvi liderlərlə işləyir.

Vayt Kollecində keçirilən təqdimatlar vasitəsilə tərəfdaşlığımızın elementlərini Kolleclər Assosiasiyası və Təhsil Standartları İdarəsi (Ofsted) ilə paylaşmışıq. Bu təqdimatlar eyni zamanda işimizi açıq axşam tədbirlərində daha geniş ictimaiyyətlə paylaşmamıza kömək edir. Biz həmçinin Solent Yerli Biznes Tərəfdaşlığı (Solent Local Enterprise Partnership) təşkilatı tərəfindən təşkil edilmiş tədbirlərdə tərəfdaşlıq fəaliyyətlərimizi yerli biznes ictimaiyyətinə təqdim etmək məqsədilə xüsusi elanlar hazırlamışıq.

Beynəlxalq tərəfdaşlıqların dəyəri

Biz beynəlxalq tərəfdaşlığı tələbələri daha geniş dünyada həyat və iş üçün hazırlamağın əsas üsulu kimi dəyərləndiririk. Bu, istər beynəlxalq ticarət, istər müxtəlif mədəniyyətlərlə əlaqələri əhatə edən karyeralar, istərsə də sadəcə qloballaşan dünyada yaşamaqla əlaqədar daha geniş təsəvvürə malik olmaq ola bilər. Tərəfdaşların hər ikisi əhatə olunan təhsil planı sahələrini genişləndirmək və faydalı təcrübələrin paylaşılması üçün daha çox imkan axtarmaqla gələcəkdə bu əlaqələrdən istifadə etməyi planlaşdırır.

Uğurlu beynəlxalq tərəfdaşlıq üçün əsas tövsiyələr:

  • bütün tərəfdaşların tərəfdaşlığın faydalı olması üçün çalışmasını və planlaşdırılmış fəaliyyətləri yerinə yetirmək və arzu edilən nəticəyə nail olmaq üçün kifayət qədər vaxt və resurs ayırmasını təmin etmək
  • dəyişməyə hazır olmaq - tərəfdaşlar bir-birini daha yaxşı tanıdıqca və iş dinamikası get-gedə dəyişdikcə məqsədlər də dəyişə və gözlənilməz nəticələr əldə edilə bilər.
  • kiçik hədəflərlə başlamaq - tərəfdaşlığın ilkin mərhələlərində çox ambisiyalı olmayın.
  • tərəfdaşlar arasında güclü etibara nail olmaq üçün rəhbərliyin tam dəstəyini əldə etməyə və işçilərin davamiyyətini təmin etməyə çalışın.

Bu beynəlxalq bacarıq tərəfdaşlığı haqqında Vayt Kollecinin internet səhifəsindən əlavə məlumat əldə edə bilərsiniz.