Sahibkarlığın tədrisi ilə əlaqədar faydalı təcrübələrin təyin edilməsi yalnız siyasət yaradıcılarına, müəssisələrə və tədris təşkilatçılarına bilik və nou-hauları paylaşmaq baxımından kömək etmir, o, eyni zamanda tədris siyasətinin və onun tətbiqinin təkmilləşdirilməsinə də gətirib çıxara bilir.

Avropa Təlim Fondu tərəfdaş ölkələrə təhsil, tədris və əmək bazarı sistemləri ilə əlaqədar islahatlar vasitəsilə insan kapitallarının potensiallarından istifadə etməkdə kömək edən ixtisaslaşmış Aİ təşkilatıdır.

Biz sahibkarlığın tədrisi sahəsindəki faydalı təcrübələri paylaşmaqla tədris təşkilatçılarının bilik və təcrübələrini təyin edib yayaraq tədris ictimaiyyətini dəstəkləyirik. Bu, tərəfdaşımız olan ölkələrdəki yenilikləri dəstəkləyir və siyasət yaradıcılarını tədrisin necə, hansı şərtlərlə və nələrin hesabına faydalı olması ilə bağlı məlumatlandırır.

Faydalı təcrübələri necə paylaşırıq?

Onlayn faydalı təcrübə platforması vasitəsilə sahibkarlığın tədrisi sahəsindəki faydalı təcrübələri təqdim etdiririk. Bu platforma pedaqoqların yeni yanaşmaları öyrənməsi və onlarla əlaqədar rəy bildirməsi, eləcə də başqa tədris təşkilatçıları ilə birbaşa əlaqə yaratması üçündür. Siyasət yaradıcıları eyni zamanda təlim siyasətinin aspektləri ilə əlaqədar sual və təcrübələri yaymaq və paylaşmaq üçün platformada ayrılmış xüsusi sahədən istifadə edə bilər.

İllik faydalı təcrübələr forumu siyasət yaradıcılarını və seçilmiş tədris təşkilatçılarını üzbəüz müzakirələr üçün bir yerə toplayır. Müzakirələrdə siyasətin necə formalaşdırılması və fərdi faydalı təcrübə nümunələrinin tədris ictimaiyyətinin tam mənada faydalanması üçün necə istifadə edilə biləcəyindən danışılır.

Faydalı təcrübələri necə təyin edirik?

Platformamızda paylaşılan faydalı təcrübə nümunələri illik təklif dəvəti vasitəsilə seçilir. 2017-ci ildə etdiyimiz çağırışdan sonra göndərilən, kiçik və orta ölçülü müəssisələrin beynəlxalqlaşdırılması üzrə təlim və sahibkarlığın əsas bacarıq kimi tədris edilməsi haqqında olan təkliflər hazırda qiymətləndirilmə mərhələsindədir.

Göndərilən bütün təkliflər eyni sahədə fəaliyyət göstərən başqa tədris təşkilatçıları tərəfindən qiymətləndirilir. Onlar baza kimi Avropa Təlim Fondunun faydalı təcrübələr üzrə qiymətləndirmə siyahısından istifadə edir. Bu siyahı bir sıra qiymətləndirmə modelindən və beş faydalı təcrübə kriteriyasından ibarətdir:

  • tədris üçün təhlil tələb olunur
  • tədris proqramının hazırlanması
  • tədris mühiti
  • monitorinq, qiymətləndirmə və təkmilləşdirmə
  • marketinq və yayılma.

Sahibkarlığın tədrisi ilə əlaqədar faydalı təcrübələr haqqındakı yazılarımızı izləyin.

Payız boyu "Peşə təhsili üzrə mübadilə" jurnalında Avropa Təlim Fondunun biznes və sahibkarlıq təhsili ilə əlaqədar təyin etdiyi faydalı təcrübələr haqqında bir sıra misallar paylaşılacaq. Oktyabr nömrəmiz İsraildə böyük müvəffəqiyyətlə həyata keçirilən, tələbələri məhsul ideyalarını reallığa çevirməyə yönləndirən sahibkarlıq proqramı haqqındadır. Noyabr və dekabr nömrələrimizdə Avropa Təlim Fondunun faydalı təcrübələri ilə bağlı daha çox nümunə ilə tanış ola bilərsiniz. 

Əlaqəli linklar