Məlumdur ki, texniki və peşə təhsili və istehsalat təcrübəsi universitet təhsili kimi hər zaman müsbət ictimai nüfuza malik olan istiqamətlər deyil. Avropada bir çox ölkədə peşə təhsilinin nüfuzunun olmaması bu sahədə kadr və bacarıq çatışmazlığına səbəb olur. Birləşmiş Krallıq təşkilatı olan "Edge Foundation" təşkilatının məqsədi, xüsusən, valideynlər və tələbələr arasında peşə təhsili və istehsalat təcrübəsinin dəyəri ilə əlaqədar təsəvvürləri dəyişmək üzərində çalışmaqla vəziyyəti dəyişməkdən ibarətdir. "Edge Foundation" peşə təhsilini effektiv işlə təmin olunma yolu kimi təbliğ etməyin ən uğurlu üsullarını şərh edir.

Peşə təhsili və istehsalat təcrübəsinin dəyəri kiçildilməməlidir. Britaniyada şəyirdlik gəlir mənbəyi kimi orta əsrlərə aid sənət gildiyalarından başlayan zəngin tarixə malikdir və peşə təhsili ən böyük ixtiraçı, mühəndis və alimlərimizin əksəriyyətinin nailiyyətlərinin mahiyyətini təşkil edir.

Lakin, peşə təhsili və istehsalat təcrübəsi hələ də valideynlər və tələbələr tərəfindən, xüsusilə də, universitet vasitəsilə əldə edilən akademik təhsillə müqayisədə effektiv işlə təmin olunmaq vasitəsi kimi layiqincə qiymətləndirilmir. Təhsil siyasətinə təsir göstərmək məqsədilə araşdırma və kompaniyalar həyata keçirən müstəqil təhsil təşkilatı "Edge Foundation" olaraq, inanırıq ki, əgər artan bacarıq çatışmazlığını aradan qaldırmaq və rəqəmsal inqilabın tələblərinə cavab vermək üçün yeni nəsil peşəkarlar yetişdirmək istəyiriksə, dəyişiklik etmək lazımdır.

Son beş il ərzində Birləşmiş Krallıq hökumətinin 2020-ci ilə qədər üç milyon başlanğıca nail olmaq hədəfini dəstəkləmək yolu kimi istehsalat təcrübəsi ilə əlaqədar ictimai təsəvvürləri dəyişmək üzərində işləmişik. İstehsalat təcrübəsi ilə əlaqədar təsəvvürlərdə böyük dəyişikliklərə nail olunsa da, hələ görülməli işlər çoxdur. İstehsalat təcrübəsini daha geniş peşə təhsili imkanları ilə əlaqədar maariflənmənin artırılması üçün aparıcı proqram kimi təbliğ etməyə kömək edən əsas sahələrdən bəzilərini təqdim edirik. 

Bu yanaşma İngiltərədə həyata keçirilmiş, valideynlərlə istehsalat təcrübəsi haqqındakı fikirlərini nələrin dəyişə biləcəyi haqqında danışmağı əhatə edən araşdırmaya əsaslansa da, peşə təhsili ilə bağlı qarşıya çıxan çətinliklər Avropa üçün xarakterik olan problemdir və biz inanırıq ki, təqdim etdiyimiz təşəbbüslər müvəffəqiyyətlə başqa regionlara da tətbiq edilə bilər.

İctimai maariflənmə 

Tədqiqat nəticəsində əldə edilən əsas məsələ ondan ibarət idi ki, sadəcə ənənəvi ticarət sahəsində deyil, həmçinin proqram təminatlarının yaradılması, hüquq və maliyyə xidmətləri sahələrində mövcud istehsalat təcrübələrinin genişliyinin təsbit edilmə imkanı artırılmalıdır. 

İngiltərədə istehsalat təcrübəsi haqqında ictimai maariflənmə üçün ən effektiv vasitələrdən biri hökumət, tədris təşkilatçıları və fərdi şagirdlər daxil olmaqla, bütün maraqlı tərəflərə təcrübələrini geniş ictimaiyyətlə paylaşmaq şansı verən Milli Sahibkarlıq Həftəsidir. Təşəbbüs müxtəlif illik mövzularla maraqlı tərəfləri milli tədbirlər və yerli açıq günlərdən sosial media postları və müsabiqələrə qədər bir sıra maariflənmə yaradan tədbirlər təşkil etməyə həvəsləndirir. Mümkün qədər yaradıcı və qeyri-ənənəvi ünsiyyət formalarından istifadə etmək daha yaxşı üsul hesab edilir. 2018-ci il üçün Milli Sahibkarlıq Həftəsi artıq planlaşdırılmaqdadır və əvvəl keçirilmiş tədbirlərlə müqayisədə daha əzəmətli olmalıdır.

İstehsalat təcrübəsinin dəyəri ilə əlaqədar ictimai maariflənmə işinin digər bir aspekti də insanlara əsas brendlərlə əlaqə yaratmaqda kömək etmək üçün tanınmış şirkətlərdə istehsalat təcrübəsi nümunələrinin nümayiş etdirilməsi olub. Bir əsas tədbir də yüksək səviyyəli istehsalat təcrübəsi sayəsində karyeralarında müvəffəqiyyət əldə etmiş gənclərin əhvalatlarını nəql edən milli reklam kompaniyası olub. Kompaniya hədəf auditoriyası valideynlər olan televizor və afişa reklamlarından, eləcə də hədəf auditoriyası gələcək şagirdlər olan sosial media reklamlarından istifadə edib.

Müvəffəqiyyəti qeyd et

Tədqiqat eyni zamanda valideynlərə və tələbələrə istehsalat təcrübəsinin təklif edə biləcəyi real imkanları qiymətləndirməkdə kömək etmək üçün istehsalat təcrübəsi sahəsindəki uğur hekayələrinin paylaşılması və qeyd edilməsi ehtiyacını işıqlandırıb.

İstehsalat təcrübəsi üçün mükafat sisteminin yaradılması peşə təhsilinin uğurlarını qeyd etmək üçün mükəmməl üsuldur və 2018-ci ildə İngiltərədə Milli İstehsalat təcrübəsi Mükafatları nın 15-ci ildönümü qeyd edilir. Tədbir ədalətli təmsiletməni təmin etmək məqsədilə işəgötürən kateqoriyalarının işin miqyasına bölünməsi ilə həm şagirdlərin, həm də işəgötürənlərin nailiyyətlərini əsas götürən kateqoriyaları əhatə edir. Bundan əlavə, bütün səviyyələrdə maksimal maariflənməyə nail olmaq üçün yerli, regional və milli müsabiqələr var.

Şəbəkələr yarat

İstehsalat təcrübəsinin ən güclü müdafiəçiləri, bəlkə də, şagird və müəssisələrin özüdür, odur ki, nümayəndələr istehsalat təcrübəsini təbliğ etmək üçün istənilən kommunikasiya strategiyalarının mühüm tərkib hissəsi olmalıdır. İstehsalat təcrübəsi Nümayəndələri Şəbəkəsi işəgötürən şəbəkələri yaratmaq, eləcə də mövcud və gələcək istehsalat təcrübəsi təminatçıları arasındakı əlaqələri inkişaf etdirmək üçün nəzərdə tutulmuş böyük forumdur. Bu şəbəkə istehsalat təcrübəsinin həyata keçirilməsində iştirak etmək üçün yeni işəgötürənlərin cəlb edilməsi ilə ardıcıl şəkildə mövcud təcrübə imkanlarının sayının artırılmasına kömək edir. 

Gənclərə uğura aparan alternativ yolları nəzərə almaqda kömək edən keçmiş şagirdlər də güclü müdafiəçilər hesab olunur. Karyera addımları proqramımız karyera tədbirlərinin keçirilməsi məsələsində məktəbləri dəstəkləyir. Bu tədbirlərdə texniki və ya peşə təhsili yollarından keçmiş könüllülər öz funksiyaları və tədris yolları ilə əlaqədar təcrübələrini şagirdlərlə paylaşır.  Bu proqram əsası "Education and Employers" təşkilatı tərəfindən qoyulmuş Gələcəyə ilham vermək təşəbbüsünün bir hissəsi kimi həyata keçirilir.

Əlaqəli linklar