Məktəb və kolleclərin tələbələrin karyera planlaşdırma və işə qəbul olunma bacarıqlarını inkişaf etdirməsinə və onları karyeralarında müvəffəq olmaq üçün hazırlamasına kömək etmək üçün nəzərdə tutulmuş pulsuz onlayn alətlər dəstini böyük məmnuniyyətlə təqdim edirik.

Bu praktiki resurs "WorldSkills UK" və "Careers & Enterprise Company" tərəfindən yaradılıb və tələbələrə aşağıdakı məsələlər üzrə kömək etmək üçün nəzərdə tutulmuş on dərs planının seçilməsini əhatə edir:

  • karyera planlaşdırma və işlə təmin olunma ilə əlaqədar tələblərin təyin edilməsi və başa düşülməsi 
  • iş aləmi üçün lazım olan bacarıqların təyin edilməsi və inkişaf etdirilməsi
  • inkişafa nail olmaq üçün çətin hədəflərin təyin edilməsi və onlara nail olmaq.

Alətlər dəsti istedadlı şəxslərin seçdikləri texniki sahə üzrə bacarıqlarını inkişaf etdirmələrinə kömək edən "WorldSkills UK" müsabiqələrinin müvəffəqiyyətinə əsaslanır. O, milli və beynəlxalq səviyyələrdə müsabiqələrdə iştirak etmiş və təşkilatın böyüməkdə olan Bacarıq Çempionları şəbəkəsinin tərkib hissəsi olmağa davam edən gənclərin ruhlandırıcı mesajlarını əhatə edir.

Məktəb və kolleclər onlayn alətlər dəstini əldə etmək üçün WorldSkills UK internet səhifəsində qeydiyyatdan keçə bilər.

Əlaqəli linklar