VOCATIONAL EDUCATION EXCHANGE

Peşə hazırlığı və onun tədrisi ilə maraqlanan müəllim və rəhbərlər üçün British Council-ın bu yeni jurnalı – peşə-ixtisas təhsili üzrə mübadilə toplusunun ilk buraxılışının səhifələrindən sizi salamlayırıq.

Düşünürük ki, hazırda Azərbaycanda digər ölkələrdə olduğu kimi gənclər arasında işsizlik şəraitində bu cür dərgi təşəbbüsü lap yerinə düşməlidir və siz də bu fikrimizə şərik çıxacaqsınız.

Azərbaycan müəllimləri Birləşmiş Krallığın təcrübəsi ilə tanış olmaq üçün daha çox imkanlar əldə etmək, öz problemlərini başqaları ilə müzakirə etmək, gənclərin işə düzəlmək şanslarını artırmaq üçün onlara nə kimi kömək edə biləcəkləri barədə öyrənmək istəkləri barədə bizə məlumat veriblər. Eyni zamanda məlumdur ki, Birləşmiş Krallığın da peşə-ixtisas təhsili sektorunda çalışan müəllim və məktəb müdirləri Azərbaycandakı həmkarlarının bu gün yaşadığı problemlərin əksəriyyəti ilə vaxtilə üzləşiblər. Üstəlik, onlar dünyanın müxtəlif yerlərində yaşayan həmkarları ilə əlaqə qurmaq və imkan daxilində, tələbələri üçün də belə imkan yaratmaq arzusundadırlar. 

Peşə-İxtisas Təhsili üzrə Mübadilə”nin əsas məqsədi də elə bundan ibarətdir.

Bu ay biz texniki-peşə təhsili və təlimi (TPTT / Technical and Vocational Education and Training – TVET) sisteminə yaxından nəzər salır, burada mövcud olan problemlərin bəzilərini araşdırırıq. Həmçinin, jurnalın ümumi məramnaməsini təqdim edərək, qarşıdan gələn aylar ərzində nələrə nail olacağımız barədə ümidlərimizi paylaşırıq. Oxumağa davam edin ki, məlumatınız daha ətraflı olsun və jurnalın gələn buraxılışlarına qatılmaq imkanlarınız sizin üçün tam aydın olsun.

Bu bölümde