13-15 may 20189-cu il, Berlin Konqres Mərkəzi, Almaniya

Beynəlxalq təhsil üzrə liderlər üçün konfrans.

Bu ilin mövzusu: Bilik diploması və rəqəmsal dünya: Beynəlxalq ali təhsilin rolu varmı?

Going Global davamlı və ali təhsilin gələcəyi üzrə debatların aparılması məqsədilə keçirilən beynəlxalq  təhsil sahəsində çalışan liderlər üçün nəzərdə tutulmuş konfransdır. 

  • Biliyin paylaşması üçün unikal platforma təqdim edir
  • Yerli, milli və qlobal gündəlikləri əlaqələndirir
  • Beynəlxalq təhsil sahəsində çalışan təhsil siyasətçiləri və akademik işçilər arasında qlobal şəbəkənin yaradılmasını təmin edir
  • Tədqiqat və regional siyası dialoqların nəticəsi olaraq verilən siyası qərarları dəstəkləyir
  • Qlobal biliklərə əsaslanan liderliyi dəstəkləyir

Əgər siz hər hansı bir universitet və ya kollec rektoru, rəhbəri  və ya direktoru, məsləhətçisi, naziri və ya dövlət nümayəndəsi, təhsil sahəsi üzrə çalışan jurnalist, siyasətçi və ya strateji mütəxəssissinizsə, və ya beynəlxalq təhsil sahəsində çalışan peşəkar bir müəssisənin nümayəndəsisinizsə, biz sizi bu tədbirdə görməkdən çox məmnun olarıq.  

Going Global konfransına qeydiyyat başlamışdır.

Konfrans barədə daha ətraflı məlumat, proqram və qeydiyyat üçün bu linkə baş çəkə bilərsiniz: https://www.britishcouncil.org/going-global

"Going Global 2019" konfransında məruzəçi qismində çıxış etməyiniz üçün 5 səbəb

"Going Global 2019" - dünyanın 80 müxtəlif ölkəsindən iştirak üçün gələcək olan 1000-dən çox nümayəndəni bir araya toplamaq məqsədilə təşkil olunan konfransdır.

Bu konfransı uğurlu təcrübəyə çevirmək üçün sizi məruzəçilər ilə bağlı ən yaxşı təklifi verməyə dəvət edir, ali təhsilin gələcəyinin formalaşdırılması ilə bağlı ideyalarınızı interaktiv auditoriya ilə bölüşmək imkanı veririk. 

Növbəti il təşkil olunacaq konfransda məruzəçi qismində çıxış etməyin aşağıdakı üstünlükləri var:

  • Düşüncə lideri kimi mövqeyinizi möhkəmləndirmək: İdeyalarınızı insanlara çatdırmaqla siz sektorda düşüncə lideri kimi nüfuza sahib olacaqsınız.
  • Strateji tərəfdaşlar ilə yeni və mövcud əlaqələri inkişaf etdirmək: Konfransda məruzə ilə çıxış etmək Ali Təhsil sahəsində fəaliyyət göstərən digər rəhbərlərə biliklərinizi nümayiş etdirməyin, "Going Global 2019" konfransı başa çatdıqdan sonra aparılacaq olan müzakirələri alovlandırmağın ən yaxşı yoludur.
  • Bilik və ideyaların mübadiləsi: "Going Global" konfrasının keçirilməsində başlıca məqsəd sektorun stimullaşdırılması üçün yüksək vəzifəli rəhbərlərə əməkdaşlıq etmək imkanı verən platforma yaratmaqdan ibarətdir. Beləliklə, məruzəçi qismində çıxış etmək sizə gündəliyə təsir göstərmək və onu müəyyənləşdirmək imkanı verir.
  • Ali Təhsil ictimaiyyətinə töhfə vermək imkanı: Konfransda məruzə ilə çıxış etməklə siz Ali Təhsil ictimaiyyətinə dəyərli töhfə verə və əlaqələrinizi möhkəmləndirə biləcəksiniz.
  • Peşəkar inkişaf: Siz peşəkar inkişaf səviyyənizi yüksəltmək, o cümlədən, digər tədbirlərdə məruzə ilə çıxış etmək, seminar keçirmək imkanı və bir çox digər imkanlar qazanacaqsınız.