2-4 may, 2018-ci il, Kuala Lumpur, Malaziya

Beynəlxalq təhsil üzrə liderlər üçün konfrans.

Bu ilin mövzusu: Qlobal əlaqələr və qlobal təsir

Going Global davamlı və ali təhsilin gələcəyi üzrə debatların aparılması məqsədilə keçirilən beynəlxalq  təhsil sahəsində çalışan liderlər üçün nəzərdə tutulmuş konfransdır. 

  • Biliyin paylaşması üçün unikal platforma təqdim edir
  • Yerli, milli və qlobal gündəlikləri əlaqələndirir
  • Beynəlxalq təhsil sahəsində çalışan təhsil siyasətçiləri və akademik işçilər arasında qlobal şəbəkənin yaradılmasını təmin edir
  • Tədqiqat və regional siyası dialoqların nəticəsi olaraq verilən siyası qərarları dəstəkləyir
  • Qlobal biliklərə əsaslanan liderliyi dəstəkləyir

Əgər siz hər hansı bir universitet və ya kollec rektoru, rəhbəri  və ya direktoru, məsləhətçisi, naziri və ya dövlət nümayəndəsi, təhsil sahəsi üzrə çalışan jurnalist, siyasətçi və ya strateji mütəxəssissinizsə, və ya beynəlxalq təhsil sahəsində çalışan peşəkar bir müəssisənin nümayəndəsisinizsə, biz sizi bu tədbirdə görməkdən çox məmnun olarıq.  

Going Global konfransına qeydiyyat başlamışdır.

Konfrans barədə daha ətraflı məlumat, proqram və qeydiyyat üçün bu linkə baş çəkə bilərsiniz: https://www.britishcouncil.org/going-global