Beynəlxalq təhsil liderlərinin konfransı

29–30 iyun 2020-cu il | London şəhəri

Going Global beynəlxalq təhsil liderlərinin ali təhsilin gələcəyini müzakirə etmək üçün illik konfransıdır. Bu ilin konfransında qlobal təhsil və gələcək innovasiyalar müzakirə ediləcəkdir.

Konfrans zamanı dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər aşağıdakı məsələləri müzakirə edəcəklər:

  • Gələcək nəsil qlobal innovatorları dəstəkləmək və inkişaf etdirmək üçün lazım olacaq təhsil metodları və təhsil mühiti necə olmalıdır? 
  • Bunun üçün qlobal təhsil institutlarının yeni fərqli formalarına ehtiyac varmı? 
  • Qlobal problemlər necə dəyişəcəklər və onların həlli üçün hansı innovasiyalara ehtiyac olacaq?
  • Hökumətlər qlobal təhsili inkişaf etdirmək və dəstəkləmək üçün nə etməlidilər?

Əgər siz konfransda iştirakçı və yaxud panel üzvü kimi iştirak etmək istəyirsinizsə bizim qlobal veb səhifəyə keçin və necə qoşula biləcəyinizi öyrənin.