Son müraciət tarixi: 14 fevral 2020-ci il

Future News Worldwide proqramı dünyada gənc jurnalistləri seçir, təlimləndirir və bir araya gətirir. Bu proqrama BBC, Reuters, Facebook və Google News Initiative kimi dünyanın qabaqcıl media təşkilatları tərəfdaşlığı ilə start verilib.

2020-ci ilin 14 və 15 iyul tarixlərində Londonda baş tutacaq eksklüziv konfransımıza qoşulacaq dünyanın ən istedadlı və motivasiyalı gənc media yaradıcılarını axtarırıq. Konfransda siz digər gənc jurnalistlərlə birqə dünyanın ən qabaqcıl redaktorlar, müxbirlər, televiziya yayımçılar və yazıçılarından təlim alacaqsınız.

Konfransdan sonra, seçilən nümayəndələr karyera inkişafı davam etdirmək, biliklərini təkmilləşdirmək, və bir-biri ilə ünsiyyət qurmaq üçün qlobal məzun şəbəkəsinin bir hissəsi olacaqlar.

Proqram 18-25 yaş arası istənilən ixtisas üzrə bakalavr və ya magistr təhsil alan, jurnalistika ilə maraqlanan tələbələr üçün açıqdır. Müraciətçilər ingilis dilini yüksək sıviyyədə bilməlidir və gələcəkdə jurnalistika üzrə karyera qurmaqda maraqlı olduqlarını müraciət vaxtı göstərməlidirlər. Diqqət, müraciətçilər 1 iyul 2020-ci il tarixində 18 yaşdan aşağı və ya 25 yaşdan yuxarı olmamalıdırlar.