Mükəmməlliyə aparan yol

Azərbaycan və digər altı ölkədə karyeraya başlayan və ya ali təhsil müəssisələrinə daxil olan məktəb məzunlarının malik olduğu ingilis dili bilikləri aşağı səviyyədədir. Gələcəyin İngilis Dili (Future English) proqramımız bu problemi həll etmək üçün tədqiqat və təhlillər həyata keçirməyi, təhsil sisteminə innovasiyalar gətirməyi və qeyd edilən yeddi ölkədə ingilis dili müəllimlərinin davamlı peşəkar inkişafını dəstəkləməyi planlaşdırır.

Biz fəaliyyətimizlə gənclərə gələcəkdə iş tapmaq və/yaxud təhsillərini davam etdirmək imkanı verir, onların mükəmməlliyə gedən yolda irəliləməsinə kömək edirik.

Üç il ərzində həyata keçirilən proqramın birinci ilində aşağıdakı məsələlərə diqqət yetirəcəyik:

  • Tədqiqat: Biz 16 yaşlı şagirdlərin ingilis dili biliklərini (onların motivasiya, həvəs və təlim seçimlərini), ingilis dili müəllimlərinin sinifdə istifadə etdiyi təcrübələr və nümayiş etdirdiyi davranışı və bütün bunların ölkədə ingilis dili ilə bağlı reallaşdırılan siyasətin təsirinə məruz qalıb-qalmamasını təhlil etmək üçün kompleks araşdırma həyata keçirəcəyik.
  • Dil Siyasəti Forumu: Daha sonra biz araşdırmanın nəticələrini paylaşacaq, habelə ingilis dili ilə bağlı siyasətə və müəllimlərin davamlı peşəkar inkişafına xüsusi diqqət göstərməklə mümkün həll yollarını nəzərdən keçirəcəyik. 
  • Müəllimlərin İnkişafı: Bizim müəllimlərlə iş və onların peşəkar inkişafının dəstəklənməsi üçün rəqəmsal innovasiyaların hazırlanması ilə bağlı geniş təcrübəmiz var. Bu səbəbdən də, müəllimlərin bənzər düşüncə tərzinə malik peşəkarlarla əlaqəyə girə, resurslardan faydalana və fərdiləşdirilmiş onlayn təlim təcrübəsindən istifadə edə biləcəyi virtual tədris icmasını pilot layihə formasında reallaşdıracağıq.

Bu bölmədə