British Council, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, turizm sənayesi müəssisələri və Birləşmiş Krallığın People1st təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində keçirdiyi turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramını (AHA) davam etdirir.
Müraciət etmək üçün:
AHA layihəsinə qoşulmaq üçün ASAN xidmət mərkəzlərin birinə birbaşa müraciət edin. ASAN ilə əlaqə saxlamaq üçün, bu veb səhifəyə keçin.
Proqram ödənişlidir. Ödəniş ilə bağlı əlavə məlumat üçün xahiş edirik birbaşa Peşə Təhsil Mərkəzləri ilə əlagə saxlayasınız. Müraciətlər üçün son tarixi: 20 avqust 2019.
Proqramın əsas məqsədləri:
- Peşə təhsili sektorunda təhsil alan gənclərin bilik və qabiliyyətlərini inkişaf etdirərək onların karyera imkanlarını artırmaq.
- İşəgötürənləri iş üzrə təcrübə proqramı vasitəsilə təhsil proqramlarına cəlb etmək.
- Peşə təhsilinin turizm sektorunun inkişafında rolunu artırmaq.
Bizim tərəfdaşlar:
Hilton Hotel, Fairmont Hotel, Absheron Hotel Group, JW Marriott Absheron Baku Hotel, Four Seasons Hotel, Intourist Hotel, Boulevard Hotel, Gilan Hospitality Group, Pullman Hotel, QafqaZ Baku City Hotel, Hyatt Regency Baku, Holiday Inn Baku Hotel, Excelsior Hotel Baku, Landmark Hotel, Ramada Plaza Gəncə, və Winter Park Hotel.
Layihə barədə ətraflı məlumat üçün, proqram üzrə koordinator Sevinc Ağazadə və ya bizim ofisimiz ilə əlaqə saxlamağınız xahiş olunur.