Böyük Britaniya universitetləri ilə işçi heyəti və ya tələbə mübadiləsi, birgə proqramlar, tədqiqat  işləri üzrə tərəfdaşlıq və ya potensialın artırılması sahəsində əməkdaşlıq etmək istəyində olan ali təhsil müəssisələri üçün bir sıra imkanlar barədə məlumatı təqdim edirik.

Erasmus+

Avropa daxilində və onun hüdudlarından kənarda tələbə və işçi heyətini hərəkətini və müəssisələr arasında əməkdaşlığı  təşviq etmək məqsədilə Avropa İttifaqı 25 ildən artıqdır ki, Erasmus proqramını maliyyələşdirir.  Yeni proqram (Erasmus+) Avropa və qeyri-Avropa ölkələrinin ali təhsil müəssislərinə birlikdə işləmək, Aİ-nin keçmiş Erasmus Mundus, Tempus, Alfa və Edulink proqramları çərçivəsində əldə edilmiş təcrübə və uğurları davam etdirmək baxımından əvvəlki dövrlər ilə müqayisədə daha geniş imkanlar təklif edir.

Aİ və qeyri-Aİ ali təhsil müəssisləri arasında tələbə və pedaqoji kadr mübadiləsi; birgə magistratura və doktorantura proqramları və  təhsil müəssisələri arasında tərəfdaşlıq imkanlarınin dəstəklənməsi məqsədilə maliyyələşmə təmin edilir. Qeyd edilən istiqamətlər üzrə bəzi maliyyələşmələr birbaşa olaraq Avropa Komissiyası tərəfindən idarə olunur. Böyük Britaniyada Erasmus+ proqramı British Council və Ecorys təşkilatları arasında tərəfdaşlıq layihəsi olan Böyük Britaniyanın Milli Agentliyi tərəfindən idarə olunur. British Council ali təhsil üçün bəzi Erasmus+ tədbirlərini idarə edir. Proqramda bütün ölkələr iştirak edə bilərlər.

Beynəlxalq Kredit Mobilliyi 

İlk dəfə olaraq  Erasmus+ proqramı Beynəlxalq Kredit Mobilliyi adlı tədbir vasitəsilə Avropa (Proqram) və qeyri-Avropa (Tərəfdaş) ölkələri arasında tələbə və pedaqoji kadr mübadiləsini dəstəkləyir. İştirakçı tərəfdaş ölkələrin siyahısı internet səhifəsində təqdim edilir və proqram ölkələri ilə də buradan tanış ola bilərsiniz.  Sözügedən maliyyələşmə üçün müraciətlər yalnız “Proqram” ölkələrindən olan müəssisələr tərəfindən edilə bilər. Lakin Böyük Britaniya universitetləri ilə artaq müəyyən əlaqələrə malik müəssisələr də ali məktəblər arasında münasibətlərin gücləndirilməsi, tədris və tədqiqat sahəsində  potensial gələcək tərəfdaşlıq vasitəsi kimi qeyd edilən maliyyələşməni nəzərdən keçirə bilər. Böyük Britaniya universitetləri ilə hazırda heç bir əlaqəyə malik olmadığınız, lakin Erasmus+ maliyyə vəsaitləri vasitəsilə bu cür əlaqələrin yaradılmasına maraq göstərdiyiniz təqdirdə tərəfdaşlıq imkanları formasını yükləmək və doldurmaq üçün tərəfdaşlıq imkanları ilə əlaqədar internet səhifəsinə daxil olmağınız tövsiyə edilir. Birgə proqramlar, potensialın artırılması imkanları və ya digər təşəbbüslər barədə məlumat əldə etmək üçün Erasmus+ çərçivəsində Avropanın ali təhsil müəssisələri ilə işləmək üzrə Avropa Komissiyasının təlimatlarına baxa bilər və ya 27 tərəfdaş ölkədən birində yerləşdiyiniz təqdirdə yerli Erasmus+ nümayəndəliyi ilə əlaqə saxlaya bilərsiniz.

Horizon 2020

Horizon 2020 Aİ-nin ən böyük tədqiqat və innovasiya proqramı olmaqla yeddi il üçün (2014-2020) 80 milyard avrodan artıq maliyyə vəsaitini əhatə edir  – təşəbbüs əlavə olaraq  özəl investisiya vəsaitləri də cəlb edə bilər. Proqram böyük ideyaları laboratoriyalardan bazara aparmaqla daha çox yenilikləri, kəşfləri və dünya miqyasında yenilikləri təşviq edir. Tədqiqat və innervasiyanı birləşdirməklə Horizon 2020 elm və texnika sahəsində liderliyi əldə etməyə, eləcə də cəmiyyətimizin üzləşdiyi bir sıra böyük çağırışların həllinə yardım edir.  Təşəbbüsün məqsədi dünya səviyyəli elmi işlər ərsəyə gətirmək üçün Avropadan və dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıların birlikdə çalışmasını, innovasiyalar ilə bağlı maneələrin aradan qaldırılmasını və innovasiyaların əldə edilməsi istiqamətində dövlət və özəl sektor arasında birgə fəaliyyətin dəstəklənməsini təmin etməkdən ibarətdir. Horizon 2020 proqramı Aİ hüdudlarından kənarda təsisatlar ilə əməkdaşlıq baxımından müxtəlif imkanlar təklif edir. Lakin regiondan, hüquqi və iqtisadi statusdan asılı olaraq fərqli qaydalar tətbiq olunur.  Horizon 2020 proqramının imkanlarından  faydalanmaq ilə bağlı əlavə məlumat əldə etmək üçün Avropa Komissiyasının Horizon 2020 proqramının portalına daxil ola və ya Böyük Britaniyanın Ali təhsil üzrə Beynəlxalq Birliyinin informasiya qeydlərini oxuya bilərsiniz.

EURAXESS UK

Euraxess Aİ-nin təşəbbüsüdür və tədqiqatçıların beynəlxalq miqyasda hərəkətinin və karyera inkişafının dəstəklənməsi məqsədini daşıyır. British Council təşkilatı Euraxess UK internet saytını idarə edir. Burada Böyük Britaniyanın tədqiqat təcrübəsi barədə informasiya, mobil tədqiqatçılar üçün praktik məlumatlar və beynəlxalq tədqiqatlar ilə əlaqədar iş yerləri və maliyyələşmə imkanları üzrə məlumat bazası yerləşir.