Internationalising Higher Education
Internationalising Higher Education image

Ali Təhsilin Beynəlmiləlləşdirilməsi proqramı British Councilın bilik əməkdaşlığının qloballaşdırılmasını, innovasiyaların artırılmasını, siyasi debatların genişləndirilməsini və yeni qlobal bilik iqtisadiyyatlarının inkişafını təmin etmək üçün yeni nəsil əməkdaşlıq modelinin yaradılmasını nəzərdə tutan proqramıdır. Proqram inam, məşğulluq və qarşılıqlı mənfəət yaradan mədəni əlaqələrə xüsusi yanaşma vasitəsilə Birləşmiş Krallıqda və digər xarici ölkələrdə hakimiyyət orqanları, universitetlər və sənaye arasında üçtərəfli əməkdaşlıq əlaqələri qurur.

Azərbaycanda bu proqram ali təhsil sahəsində qlobal əməkdaşlığın yaradılmasını əsas tutur və bu məqsədlə ali təhsil sahəsində məzunların məşğulluğunun artırılmasına, keyfiyyət təminatına, trans-milli təhsil imkanlarının yaradılmasına, sahibkarlıq və müəssisə, ötürülən bacarıq və vərdişlərin inkişaf etdirilməsi  kimi müxtəlif aspektlərin inkişafının gücləndirilməsinə töhfə verir. Biz Təhsil Nazirliyi və mötəbər partnyor universitetlərlə əməkdaşlıq edirik. Bizim əsas fəaliyyətlərimiz milli və regional seminarlar, müzakirələr, görüşlər və s.ni əhatə edir habelə Birləşmiş Krallıq və Azərbaycan arasında tədqiqatçıların, müəllimlərin və təhsil mütəxəssislərinin mübadiləsini əhatə edir.

Biz qarşılıqlı əməkdaşlığa necə nail oluruq?

British Council ali təhsil sahəsində tədqiqat üzrə mütərəqqi yenilikləri və bu sahədə Birləşmiş Krallığın təcrübəsini Azərbaycana gətirir. Azərbaycanın ali təhsil sektoru nümayəndələrinin dəstəyi ilə biz ikitərəfli və müxtəlif ölkələrdən olan nümayəndələrin iştirakı ilə konfranslar təşkil edirik. Həmçinin, Azərbaycanda ali təhsil sektorunun məlumatlandırılması və gücləndirilməsi məqsədilə biz ali təhsil sektoru və sənayə müəssisələri arasında dialoqun yaradılmasında iştirak edərək bu sahədə inkişaf prosesini sürətləndiririk.

Əməkdaşlığımızın əsas dörd prinsipləri:

  • təhsil sahəsində araşdırmaların aparılması yolu ilə beynəlxalq məlumatlılığın təmin edilməsi
  • qlobal siyasi dialoqların təşkili ilə ali təhsil sahəsində qlobal biliklərin genişləndirilməsi
  • təcrübəyə əsaslanan partnyor əlaqələrinin qurulması
  • birləşmiş Krallığın məzunları vasitəsilə təhsil işçilərinin və tələbələrin əlaqələndirilməsi.

Azərbaycandakı fəaliyyətimizin əsas məqsədi:

  • Təhsil Nazirliyi və digər ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq etməklə, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq Birləşmiş Krallığın ali təhsil sahəsində uğurlu təcrübəsini Azərbaycana gətirmək.
  • Birləşmiş Krallıq və Azərbaycanın universitetləri arasında əlaqələr yaratmaqla qarşılıqlı tədqiqat, bilik və tələbə mübadiləsi üçün imkanlar yaratmaq.
  • Britaniya məzunlarını təhsil təcrübələrinin Azərbaycanda təhsil alan tələbələrlə paylaşması üçün həvəsləndirmək.

IHE PROQRAMI ÇƏRÇIVƏSINDƏ HƏYATA KEÇİRILƏN TƏDBİRLƏR

MƏZUNLARIN MƏŞĞULLUĞU VƏ BACARIQLARIN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR TƏDBİRLƏR

  • “Ali Təhsil və İqtisadi İnkişaf: İnnovasiya, Sahibkarlıq və Universitetlərin Maliyyə Davamlılığı” üzrə Simpozium, 4 dekabr 2017-ci il
  • Məzunların Məşulluğuna dair Birləşmiş Krallığa Təhsil Səfəri, 3-7 iyul, 2016-cı il
  • Məzunların Məşğulluq Forumu, 26 may, 2015-ci il
  • Universitetər və İşəgötürənlər arasında Əməkdaşlığın Gücləndirilməsinə dair Konfrans, 17 oktyabr, 2014-cü il

BIRLƏŞMİŞ KRALLIQ VƏ AZƏRBAYCANIN UNİVERSITETLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ DAİR TƏDBİRLƏR

  • Birləşmiş Krallıq və Azərbaycan ali təhsil müəssisələri forumu (Ölkələrarası birgə əməkdaşlıq komitəsinin tədbiri çərçivəsində) – 10 fevral, 2016-cı il (London)
  • Birləşmiş Krallıq və Azərbaycanın Ali Təhsil Müəssisələri arasında Əməkdaşlıq Tədbiri 2016 – 24 oktyabr, 2016-cı il
  • Ali Birləşmiş Krallıq və Azərbaycanın Ali Təhsil Müəssisələri arasında Əməkdaşlıq Tədbiri 2015 – 9 noyabr, 2015-ci il
  • Birləşmiş Krallıq və Azərbaycanın Ali Təhsil Müəssisələri arasında Əməkdaşlıq Tədbiri 2014 – 3 noyabr, 2014-cü il

Ali Təhsilin Beynəlmiləlləşdirilməsi layihəsi və tədbirlər barədə ətraflı məlumat üçün Təhsil işləri üzrə koordinator Sevinc Ağazadə ilə əlaqə saxlaya bilərsiniz.