British Council, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, turizm sənayesi müəssisələri və Birləşmiş Krallığın People1st təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində keçirdiyi “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və İş üzrə təcrübə proqramı”nı davam etdirir.

Proqramın əsas məqsədləri:

  • Peşə təhsili sektorunda təhsil alan gənclərin bilik və qabiliyyətlərini inkişaf etdirərək onların karyera imkanlarını artırmaq.
  • İşəgötürənləri iş üzrə təcrübə proqramı vasitəsilə təhsil proqramlarına cəlb etmək.
  • Peşə təhsilinin turizm sektorunun inkişafında rolunu artırmaq.

2017/2018-ci ildə keçirilən proqramın nəticələri

Proqram çərçivəsində 2017-2018-ci akademik tədris ilində Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aşpaz, konsiyerj və mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi ixtisasları üzrə bir illik proqramlar uğurla tədris edilmişdir.

Proqramın nəticəsi olaraq ixtisas üzrə nəzəri təlimlər və iş üzrə təcrübə proqramlarını uğurla bitirən şagirdlərin 50%-i təcrübə keçdikləri otellərdə işlə təmin olunmuşdur.

Layihənin partnyorları: 

Hilton Hotel, Fairmont Hotel, Absheron Hotel Group, JW Marriott Absheron Baku Hotel, Four Seasons Hotel, Intourist Hotel, Boulevard Hotel, Gilan Hospitality Group, Pullman Hotel, QafqaZ Baku City Hotel, Hyatt Regency Baku, Holiday Inn Baku Hotel, Excelsior Hotel Baku, Landmark Hotel, Ramada Plaza Gəncə.

2018 - 2019-cu akademik tədris ili

2018-2019-ci akademik tədris ilində Proqram hər üç ixtisas (aşpaz, oteldə konsiyerj və mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi) üzrə genişləndirilərək Bakı və digər regionları (Qəbələ, Gəncə, Qusar, İsmayıllı) da əhatə edəcəkdir.

Proqram turizm sahəsi üzrə nəzəri və təcrübi biliklər əldə etmək istəyən şagirdlər üçün əla fürsətdir – belə ki, şagirdlər seçilən ixtisaslar üzrə zəngin nəzəri biliklər əldə etməklə yanaşı həm də partnyor otellərdə intensiv iş üzrə təcrübə qazanmaq imkanını da qazanırlar.

Tədris mərkəzləri Aşpaz Oteldə konsiyerj Mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi
Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzi Tədris olunur Tədris olunur Tədris olunur
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Tədris olunur   Tədris olunur
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi Tədris olunur    
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Tədris olunur Tədris olunur Tədris olunur
Qusar Peşə Liseyi Tədris olunur   Tədris olunur
İsmayıllı Peşə Tədris Mərkəzi Tədris olunur    

Proqramlar ödənişlidir. Ödəniş ilə bağlı əlavə məlumat üçün xahiş edirik birbaşa Peşə Təhsil Mərkəzləri ilə əlagə saxlayasınız. 

2018-2019-cu akademik il üçün sənədlərin qəbulu  ASAN Xidmət vasitəsi ilə 10 sentyabr 2018-ci il tarixindən həyata keçirilir. 

Layihə barədə ətraflı məlumat üçün, Təhsil üzrə koordinator Sevinc Ağazadə ilə əlaqə saxlamağınız xahiş olunur.